• $
  • €
  • ₽
  • ₺
  • £

“Xanlıqda erməni fondu evlər tikmişdi, indi orada hərbçilərimiz yerləşir”

“Xanlıqda erməni fondu evlər tikmişdi, indi orada hərbçilərimiz yerləşir”
25.10.2021 23:50
"Qubadlının və digər azad edilmiş rayonların iqtisadi inkişafı ilə bağlı bir daha demək istəyirəm ki, bizim çox dəqiq planlarımız olmalıdır. Biz çox yaxşı təcrübə toplamışıq, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları uğurla icra edilir”.

Anews.az  xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, artıq bir neçə proqram icra edilmişdir və o təcrübədən faydalanaraq bu bölgədə, əlbəttə, çox düzgün planlaşdırma aparılmalıdır:

"Bir daha demək istəyirəm ki, infrastruktur layihələri ilə bağlı, evlərin tikintisi ilə bağlı, kəndlərin bərpası ilə bağlı artıq ilkin təkliflər var. Əsas budur ki, buraya qayıdacaq insanlar yaxşı yaşasınlar, yəni, onların rifahı yüksək olsun. Bunun üçün də əlbəttə ki, şərait yaradılacaq, amma onların məşğul olacağı sahələr düzgün müəyyən edilməlidir.
Bu məqsədlərə çatmaq üçün atılacaq addımlar düzgün qoyulmalıdır. Hökumətə tapşırıq verildi, müxtəlif nazirliklər fəaliyyət göstərir və əminəm ki, Milli Məclis də bu işlərə öz töhfəsini verəcək. Belə səfalı torpaqlarda ancaq yaxşı dolanışıq olmalıdır.
Bir daha onu deməliyəm ki, bax, bu azad edilmiş bölgələrə bilirsiniz, mən tez-tez gedirəm, səfərlər edirəm və ermənilərin yaşadıqları bəzi yerləri də görürəm. Deyə bilərəm ki, orada bir dənə də yeni bina yoxdur. İndi yol boyunca – Bakıdan çıxıb Qubadlıya, istər Ağdama, istər Füzuliyə, istənilən istiqamətə gedən insan yol boyunca yeni evlər görür.

Biz kəndləri keçərkən görürük ki, bilmirik evlər bəlkə on il, iyirmi il əvvəl, yəni, bir çox evlər müstəqillik dövründə inşa edilibdir. O vaxt işğal altında olan ərazilərdə bir dənə də bina tikilməyib, bir dənə də. İndi bu Qubadlıda guya onlar məskunlaşma aparmaq istəyirdilər. Xanlıq qəsəbəsində bir erməni fondu evlər tikdirmişdi. İndi adam gedib o evlərə baxanda görür ki, bu evlərdə heç bir şərait yoxdur.
İndi oranı bir az düzəltdik, bizim hərbçilər orada yerləşir. Yəni, onlar bu torpaqlara yad bir torpaq kimi baxırdılar. Sadəcə olaraq, bu torpaqları istismar edib, ağacları qırıb, bizim təbii sərvətlərimizi talayıb, çaylarımızı zəhərləyib öz mənfur xislətlərini göstərirdilər.
Amma bu gün bütün dünya bunu görür, bütün dünya. Çünki bunu gizlətmək mümkün deyil. Gələn hər bir insan bu dağıntıları görür və erməni faşizminin bax bu sübutlarını görür. Amma biz qurucu xalqıq və Qubadlını yenidən quracağıq”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol