Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb- SON DƏQİQƏ

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 266 yeni yoluxma faktı qeydə alınıb, 1 194 nəfər sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 348, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 885 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 424 902, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 086 757, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 338 145 təşkil edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























