Universitetdə 3 nəfər COVID-ə yoluxmasa həmin qrup bağlanmayacaq

Azərbaycan Dillər Universitetinin II filialında 326R qrupunda tələbələrdən birində COVID-19 testi pozitiv çıxsa da, həmin qrup bağlanmayıb, səbəb kimi universitetin rəhbərliyi tərəfindən bir qrupda 3 nəfər yoluxduğu halda qrupun bağlanması qərarın verilməsi göstərilib. Qrupda təhsil alan tələbələr bundan narahat olduqlarını ifadə edərək qrupun karantin müddətində online təhsil rejiminə keçirilməsini tələb edir.
Azərbaycan Dillər Universitetinin mətbuat katibi Cavid Zeynallı anews.az-a açıqlamasında bildirdi ki, yoluxma müşahidə edilən qruplarda dərslərin onlayna keçirilməsi qərarı ali təhsil müəssisələrinin rəhbərliyi tərəfindən verilir. Aidiyyatı qurumların təlimatında dərslərin onlayna keçirilməsi ilə bağlı göstəriş yoxdur. Bu, yoluxmanın qarşısının alınması və qabaqcıl tədbirlərin görülməsi məqsədilə önləyici tədbir kimi həyata keçirilir. Azərbaycan Dillər Universitetində bir qrupda 3 nəfərin yoluxduğu halda tədrisin müvəqqəti olaraq onlayna keçirilməsi qərarı müzakirələr əsasında qəbul olunub və qabaqlayıcı tədbir kimi nəzərdə tutulub.
Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzin şöbə müdiri Zirəddin Əliyev baş vermiş hadisəyə münasibət olaraq açıqlama verərək deyib ki, bir qrupda 3 nəfərin yoluxma halını gözləyib sonra bağlanması haqqında hər hansı bir yerdə qərar yoxdur və onlar yoluxma riski olduğu halda tədbirlər görür.
Azərbaycan Dillər Universitetində baş vermiş yoluxma halı ilə bağlı araşdırılıb ictimaiyyətə məlumat veriləcək.
Həkim-infeksionist Nicat Əzimli bildirib ki, əgər bir şəxsdə müsbət COVID-19 testi varsa bu insanın ətrafda gəzib-dolanııb yoluxdurması çox asan baş verən prosesdir. Burada 3 və ya 1 nəfər olmasının heç bir fərqi yoxdur. Ona görə də bir nəfərdə virus aşkarlanıbsa bu kifayət qədər böyük təhlükədir və həmin yerdə bütün karantin qaydaları tətbiq olunmalıdır ki, digər şəxslərə də bu xəstəlik keçməsin. Bu xəstəlikdə limit fərqi qoymaq çox səhv yanaşmadır, məntiqi əsası yoxdur, sadəcə bunu eqoizm kimi dəyərləndirmək olar. Adətən, belə hal həmin müəssisədə işlərin davam etməsi səbəbi ilə belə qaydalar qoyulur ki, bu da doğru deyil.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























