• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid anası intihara cəhd etdi, vəziyyəti ağırdır - FOTO

Şəhid anası intihara cəhd etdi, vəziyyəti ağırdır - FOTO
26.10.2021 17:17
İkinci Qarabağ müharibəsində övladını itirən Vüsalə Məmmədova bu gün dərman içərək intihara cəhd edib.

Yaxınlarının yaydığı məlumata görə, o, hazırda Gəncədə yerləşən 3 saylı xəstəxanadadır, vəziyyəti ağırdır. 
 
Qohumları bildirir ki, ötən il 17 oktyabrda Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olan 21 yaşlı Sahib Həsənovun anası bu gün kirayədə qaldığı mənzilin pulunu ödəyə bilmir:
 
"Bir il ərzində Gəncənin icra başçısı Niyazi Bayramova dəfələrlə müraciət etməsinə baxmayaraq, onu qəbul etməyib. O da başçının etinasızlığı və laqeydliyindən bezərək intihara cəhd edib", - deyə Vüsalə Məmmədovanın yaxınları bildirib.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin mətbuat katibi Gülnar Rzayeva bildirdi ki, məsələ araşdırılır və ən qısa müddətdə ictimaiyyətə məlumat veriləcək.

V.Məmmədovanın son vəziyyətini öyrənmək üçün Gəncədə yerləşən 3 saylı xəstəxana ilə əlaqə saxlamağa cəhd etsək də, zənglərimizə cavab verən olmadı.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol