Kürdəmirdə qəza - Xəsarət alan var

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayon mərkəzində qeydə alınıb. Avtomobil yolu keçən 34 yaşlı Nəzir Kərimov Əzizbala oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























