AQTA şənlik mərasimlərində monitorinqləri davam etdirir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Kürdəmir rayonu, Xırdapay kəndində fəaliyyət göstərən fiziki şəxs Şəmiyev Sevan Kazım oğluna məxsus "Nicat Plaza” şadlıq sarayında keçirdiyi baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.
AQTA-dan verilən məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.
Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























