• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Qubadlıda tələbələr ilə görüşüb

Prezident Qubadlıda tələbələr ilə görüşüb
27.10.2021 10:59
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Qubadlı rayonuna səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Əbil Şəfiyev və Röya Qasımova da iştirak ediblər.
 
Görüş zamanı Prezident İlham Əliyev tələbələrlə söhbətləşib və BANM-in tələbələrinə salam göndərib:
 
Prezident İlham Əliyev: Harada oxuyursan?
 
Tələbə oğlan: Mən məktəbdə respublika birincisi oldum. Bakı Ali Neft Məktəbində oxuyuram.
 
Prezident İlham Əliyev: Neft məktəbində? Neçənci kursda?
 
Tələbə oğlan: Birinci kurs.
 
Prezident İlham Əliyev: Birinci kurs. Hə, çox yaxşı.
 
Tələbə qız: Mən də Bakı Ali Neft Məktəbində oxuyuram. Tələbələrimizin Sizə salamı var.
 
Prezident İlham Əliyev: Çox sağ ol, məndən də tələbələrə salam söylə. Çox sağ ol.
 
Əbil Şəfiyev və Röya Qasımovanın ailələri Qubadlı rayonundan məcburi köçkün düşərək Sumqayıtda məskunlaşıblar. 
 
Əbil Şəfiyev Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin məzunudur. O, Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda 697,1 bal toplayaraq Azərbaycan birincisi və I ixtisas qrupunun lideri olub. BANM-in Kimya mühəndisliyi ixtisasının I kurs tələbəsidir. 
 
Röya Qasımova Qubadlı rayonu Cəlal Həşimov adına Mərdanlı kənd tam orta məktəbin məzunudur. O, DİM-in keçirdiyi imtahanlarda 683,2 bal toplayaraq BANM-in Biznesin idarə edilməsi ixtisasına daxil olub. 
 
Prezident İlham Əliyevin 2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında 29 sentyabr 2021-ci il tarixli sərəncamına əsasən, hər iki tələbə Prezident təqaüdünə layiq görülüb.






www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol