Türkiyə şirkətləri Araz İqtisadi Zonasında fəaliyyət göstərmək istəyir

Araz İqtisadi Zonasında fəaliyyətlə bağlı Türkiyədən müraciətlər daxil olur.
Bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu gün Bakıda keçirilən İnvestisiya və Mədəniyyət Sammitində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Araz İqtisadi Zonasının yaradılması istiqamətində çox ciddi işlər həyata keçirilir:
"Biz beynəlxalq əməkdaşlığa hazırıq".
Nazir müavini bildirib ki, Cəbrayılda ilk rezident qeydiyyta alınıb: "KamAZ” ASC ilə "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməli qoyulub. Texniki servis mərkəzi yaxın zamanlarda fəaliyyətə başlayacaq".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























