• $
  • €
  • ₽
  • ₺
  • £

Hansı vətəndaşlara yalnız bir doza vaksin vurulmalıdır?

Hansı vətəndaşlara yalnız bir doza vaksin vurulmalıdır?
27.10.2021 15:27
"Azərbaycanda koronavirusa yoluxan şəxs rəsmi qeydiyyata düşərək immunitet sertikatı alandan 6 ay keçdikdən sonra bir doza vaksin vurdurmaqla peyvənd sertifikatını müddətsiz uzada bilər. Həmin sertifikatla da ölkə daxilində pasport tələb olunan məkanlara rahatlıqla daxil olmaq mümkündür”.

Bunu  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, bəzən həmin şəxslərin vaksin sertifikatı deyil, müddətsiz immunitet sertifikatı olur: "Bir çox hallarda vətəndaş xaricə getmək istəyəndə ondan iki doza peyvənd sertifikatı tələb olunur. Onun da iki doza peyvənd sertifikatı olmadığına görə (sadəcə buster, yəni qüvvətləndirici doza vurularaq immun sertifikatının müddəti uzadılıb) xaricə gedə bilmir. Çünki ölkə xaricinə çıxış zamanı tələb olunan qaydalara görə həmin şəxslərin mütləq qaydada iki dozalı vaksin sertifikatı olmalıdır. Yəni, xaricə getməyi planlaşdırmayan vətəndaşlarımız immun sertifikatının bitməsindən sonra 1 doza peyvənd vurdurmaqla kifayətlənə bilərlər”.


Həkim-infeksionist onu da xatırladıb ki, hazırda ilkin vaksinasiyanın 6-cı ayında buster və ya revaksinasiya (vətəndaş 28 gün intervalla 2 doza vaksin vurdurubsa və 6-cı ayda yenidən 28 gün intervalla 2 doza vaksin olunursa, bu revaksinasiya adlanır) mümkündür: "COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan 6 ay sonra orqanizmin bu virusa qarşı müqaviməti azalır. Orqanizmin koronavirus infeksiyasına qarşı müqavimətini yenidən artırmaq üçün buster dozanın (3-cü doza) vurulması tövsiyə olunur. Buster dozadan sonra 4-cü doza vətəndaşın sağlamlıq vəziyyəti nəzərə alınaraq həkim məsləhətinə əsasən vurula bilər”.

Avqustdan etibarən ölkədə buster dozanın vurulmasına başlanılıb. COVID-19 xəstəliyinə yoluxmuş və immunitet sertifikatı əldə etmiş şəxs 6-cı aydan başlayaraq, yəni sertifikatın qüvvədə olma tarixi bitdikdən sonra 56 gün müddətində qüvvətləndirici doza vurdura bilər. Buster dozanı vurdurmaqla vətəndaş immunitet sertifikatının müddətini müddətsiz olaraq uzadır. Yoluxmadan 5 ay sonra vaksinasiya üçün randevu.its.gov.az saytı üzərindən onlayn növbə götürülə bilər. Əgər "buster” dozanı vurdurmaq üçün tələb olunan vaxt, yəni ki, 56 gün ötürülərsə, o zaman peyvənd sertifikatı əldə etmək üçün hər iki doza vaksin vurulmalıdır. Belə ki, vətəndaş 1-ci dozadan 28 gün sonra 2-ci doza peyvənd vurduraraq immunitet sertifikatını peyvənd sertifikatı ilə əvəz edə bilər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol