Nazir müavini Ələt Azad İqtisadi Zonasının əhəmiyyətindən danışdı

"Azərbaycanın qlobal təchizat zəncirində rolunun və yerinin möhkəmləndirilməsi əsas hədəflərimizdəndir".
Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində "İƏT regionunun gələcək iqtisadi və ticarət perspektivləri" adlı panelində deyib.
Nazir müavini əlavə edib ki, Bakının Qaradağ rayonunda yerləşən Ələt Azad İqtisadi Zonasının əhəmiyyəti də çox böyükdür: "Zonanın əsas üstünlüyü beynəlxalq marşrutların üzərində yerləşməsidir və onun təqdim etdiyi logistik imkanlar ölkəni təchizat zəncirində ciddi oyunçuya çevirəcək. Zona gələn ilin iyul ayından etibarən investorları qəbul edəcək".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























