• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” daha bir satış və xidmət mərkəzini yenilədi

“Nar” daha bir satış və xidmət mərkəzini yenilədi
27.10.2021 17:43
Satış və xidmət mərkəzlərini yeniləməklə müştərilərinə qabaqcıl alış-veriş və üstün xidmət təcrübəsi göstərən "Nar” daha bir mərkəzini yenilədi. Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 4 ünvanında ("Azadlıq” metostansiyasının yaxınlığı) yerləşən mağaza yeni konseptə uyğunlaşdırılaraq, müştərilərin ixtiyarına verildi. 
 
 "Nar” mağazasında ziyarətçilərin müasir üslubda məlumat və xidmət alması təmin edilib. Mərkəzdə nömrə üzərində əməliyyatların aparılması, satışı da daxil olmaqla, müxtəlif növ xidmətlər təqdim edilir. Bundan başqa, yenilənmiş "Nar” mağazalarında mobil telefonların, cihazların və müxtəlif aksesuarların satışı da həyata keçirilir. 

Özünün müştəri yönümlülük və davamlı təkmilləşmə dəyərlərinə sadiq qalan "Nar”, mağazalarında yeni konseptin tətbiqini bütün ölkə boyu davam etdirməkdədir. Qeyd edək ki, mobil operator paytaxt və regionlar da daxil olmaqla 23 xidmət mərkəzini tamamilə yeni konsepsiyada müştərilərin ixtiyarına verib. Sizə yaxın olan satış və xidmət mərkəzlərinin ünvanları haqqında ətraflı məlumatı nar.az/map internet səhifəsindən öyrənə bilərsiniz. 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. 





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol