• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il həbsdən çıxan neçə şəxsə 1000 manat pul verilib? - RƏSMİ

Bu il həbsdən çıxan neçə şəxsə 1000 manat pul verilib? - RƏSMİ
28.10.2021 11:14
 2021-ci ilin yanvar-oktyabrında cəza çəkmə müddəti bitdiyi üçün həbsdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan 4584 nəfərə birdəfəlik 1000 manat müavinat verilib, bunu anews.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilib. 
 
2021-ci ilin yanvar-avqustunda 179 nəfər cəzaçəkmə müəssisəsindən azad edilən şəxslər işlə təmin olunub. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin özünüməşğulluq proqramında iştirakına  şərait yaradılır.

Ötən il də bu kateqoriyadan olan və özünüməşğulluq fəaliyyətini qurmaq üçün müraciət edən bir qrup şəxs özünüməşğulluq proqramına cəlb edilib və verilmiş aktivlər hesabına kiçik ailə təsərrüfatlarını qurublar. 

Həmin şəxslər məşğulluq orqanları tərəfindən ödənişli işlər proqramına və ya peşə hazırlığı kurslarına da cəlb edilir.

"Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanuna əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərin sosial adaptasiya müddətində (1 il) minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti almaq hüququ vardır. 

Məşğulluq haqqında qanunvericiliyə əsasən cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər kateqoriyasına aiddir və həmin şəxslər məşğulluq tədbirlərinin icrası zamanı üstün hüquqa malikdirlər.

Bu kateqoriyadan olan vətəndaşlar məşğulluq orqanları tərəfindən müəssisələrdəki kvota üzrə iş yerləri ilə təmin edilirlər. 

Gülnar Nazimqızı

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol