• $
  • €
  • ₽
  • ₺
  • £

Qulaq asın, növbəti qurban siz olmayın – VİDEO

Qulaq asın, növbəti qurban siz olmayın – VİDEO
28.10.2021 10:48
Azərbaycanda özünü bank əməkdaşı kimi təqdim edib müştəriləri aldadan şəxslərlə bağlı çoxsaylı şikayətlər var.

Bu dəfə bənzər hadisə tanınmış texno-bloqer Fərid Pərdəşünasın başına gəlib. Özünü Kapital Bankın əməkdaşı kimi təqdim edən şəxs bloqerin dostuna zəng edərək şəxsi bank parollarını istəyib. Zəngə cavab verən F. Pərdəşünas telefon danışığının səs yazısını yayıb.

Bu dəfə kibercinayətkarlar saxta nömrədən "spoofing” ilə zəng ediblər:  "Kapital Bank adından "spoofing” ilə mesaj göndərilir. Əsas məqsəd "BirBank”a girmək üçün köhnə dediyi parolu ələ keçirməkdir. Amma gedişatda fərqli şeylər peyda olur. Bu, yeni növ kiberhücumdur. Dostlarınıza, xüsusən valideynlərinizə bunu göndərin”.

F. Pərdəşünas zəngin sonunda həmin şəxsə bu barədə iradını bildirir və özünü bank əməkdaşı kimi təqdim edən adam telefonu söndürür.

Son vaxtlar özünü bank əməkdaşı kimi təqdim edərək vətəndaşların bank məlumatlarını ələ keçirmək istəyən kiberhücumlar geniş yayılıb. Oktyabrın əvvəlində Kapital Bank adından kiberdələduzluq edən dəstə saxlanılmışdı. Vətəndaşlara zəng edən və sms yazan dəstə üzvləri həmin şəxslərin guya təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə kart məlumatlarının onlara göndərilməsini tələb ediblər. Məlumatları göndərən kart sahiblərinin isə sonradan hesablarından pullar onlayn yolla oğurlanıb. Həmçinin məlum olub ki, dəstə üzvlərinin vətəndaşlarla əlaqə saxlayan zaman istifadə etdikləri mobil telefon nömrələrinin heç biri onların öz adlarına olmayıb.


Ötən gün isə Daxili İşlər Nazirliyi kibercinayətkarlıqlarla bağlı vətəndaşlara müraciət edərək sosial media üzərindən edilən kibercinayətkarlıqlarla bağlı vətəndaşları diqqətli və internet resurslarında ayıq-sayıq olmağa çağırıb. 


Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol