• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Azərbaycan biznesinə investisiya qoyuluşunu genişləndirəcək

Türkiyə Azərbaycan biznesinə investisiya qoyuluşunu genişləndirəcək
28.10.2021 21:30
Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ilə Türkiyənin sənaye və texnologiyalar nazirinin müavini Çetin Ali Dönməz arasında görüş keçirilib.
 
Anews.az KOBİA-ya istinadən verdiyi məlumata görə, görüşdə Agentliyin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib, Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatı (KOSGEB) ilə əlaqələrin genişləndirilməsinə və birgə təşəbbüslərin reallaşdırılması imkanlarına dair fikir mübadiləsi aparılıb.
 
Həmçinin , sammit çərçivəsində O. Məmmədov Türkiyə Prezidenti yanında İnvestisiya Ofisinin rəhbəri Burak Dağlıoğlu ilə görüşüb.
B. Dağlıoğlu sammitin Azərbaycana birbaşa xarici investisiyaların cəlb olunması, ölkənin əlverişli biznes mühiti barədə investorların məlumatlandırılması baxımından əhəmiyyətini vurğulayıb.
 
O. Məmmədov qurumlar arasında səmərəli əməkdaşlıqdan məmnunluğunu bildirib.
Görüşdə 2020-ci ilin dekabrında KOBİA və İnvestisiya Ofisi arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq istiqamətlərinə, eləcə də Azərbaycan biznesinə investisiya qoyuluşunun genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol