• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qadınlar orduya qayıdır

Azərbaycanda qadınlar orduya qayıdır
13.05.2014 18:11

Ali Hərbi Məktəbə qadınların qəbulu 2009-cu ildən dayandırılıb

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qadınların qəbulu 2009-cu ildən dayandırılıb.

 

APA-nın xəbərinə görə, Milli Məclis artıq bu məhdudiyyətin aradan qaldırılması ilə bağlı hərbi qanunvericiliyə yeniliklər etmək niyyətindədir.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya 2009-cu ildən Müdafiə Nazirliyi tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına qadınların Azərbaycan Ali Hərbi Məktəbinə qəbulu üzrə sifarişin dayandırıldığı bildirilib.

 

Lakin sifarişin dayandırmasının səbəbləri açıqlanmayıb.

 

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc isə APA-ya bildirib ki, son vaxtlar bununla bağlı xanım abituriyentlər tərəfindən üzv olduğu komitəyə edilən çoxsaylı müraciətlərdən sonra Müdafiə Nazirliyinə məsələ ilə bağlı rəsmi sorğu göndərilib: “Sorğuya cavab olaraq bizə bildirdilər ki, qeyd olunan vaxtdan Ali Hərbi Məktəbə qəbulla bağlı imtahanların aparılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına edilən müraciətdə qızların qəbulu nəzərdə tutulmur. Səbəbi isə konkret olaraq belə göstərdilər ki, hərbi məktəbdə təhsil zamanı sosial uyğunsuzluq, müxtəlif ictimai problemlər, psixoloji konfrontasiyalar və digər bu kimi problemlər aşkar olunub ki, bunu nəzərə alan nazirlik qızların hərbi məktəbə qəbulu sifarişini dayandırıb”.

 

Z.Oruc onu da deyib ki, bu hal ali təhsil alma hüququ ilə bağlı ziddiyyətli məqamlara yol açdığı üçün hərbi qanunvericilikdə bununla bağlı yeniliklərin edilməsi gözlənilir: “Onsuz da bizim komitə Müdafiə Nazirliyi ilə birgə hərbi qanunvericiliyə aid digər məsələ ilə bağlı müzakirələr aparacaq. Artıq bununla bağlı edilən müraciətlərdən sonra bu məsələni də gündəmə gətirərək hərbi ali təhsillə bağlı hərbi qanunvericiliyə xüsusi müddəaların salınmasına ehtiyac olacaq. İndiyədək hərbi ali məktəblərə qəbul ali təhsil alma ilə bağlı qanunvericiliyin tərkib hissəsi idisə, artıq bunu hərbi qanunvericilikdə də ayrıca nəzərdə tutmaq lazımdır ki, gələcəkdə bu hal təkrar baş verməsin. Biz əminik ki, yeni müdafiə nazirimiz də buna humanist yanaşaraq, bu halın aradan qaldırılmasında Milli Məclislə həmrəy olacaq”. 

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol