"Fulya" filminin təqdimatı olacaq

Azərbaycan və Türkiyənin müştərək istehsalı olan "Fulya” sənədli filminin oktyabr ayının 31-də saat 15.00-da Nizami Kino Mərkəzində təqdimatı keçiriləcək.
44 günlük Vətən Müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən Türkiyəli jurnalist Fulya Öztürk və kameraman Halil Kahramanın yaşadıqlarından bəhs edən filmin çəkilişləri bu ilin iyun ayında Gəncə, Bərdə, Tərtər və Bakı ərazisində aparılıb. Filmin rejissorları Aykut Taşkın və Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur.
Film "Azərbaycanfilm” kinostudiyası ilə Türkiyənin "Dada Yapım” şirkətinin birgə istehsalıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























