Buraxılış imtahanları ilə bağlı proqramda hansı dəyişikliklər olacaq?-RƏSMİ AÇIQLAMA

Buraxılış imtahanları (IX və Xİ siniflər üçün) ilə bağlı proqram noyabrın sonu çap ediləcək. Bunu Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə canlı yayım zamanı bildirib.
Onun sözlərinə görə, bir çox valideyn və abituriyentlər proqrama keçirilməyən yeni dərsliklərdən suallar salınacağından narahat olur:
"Ola bilər ki, yeni mövzular salına və ya köhnə hansısa mövzulardan nələrsə ixtisar edilə bilər. Amma biz ilboyu orta dərsliklərin monitorinqlərini keçiririk. Həmin ilin məzunları 11 il ərzində hansı dərsliklərlə işləyibsə, onların dövründə hansı standartlar qəbul edilibsə o dəsliklər üzrə yoxlama aparılır. Bu yoxlamalar nəticəsində proqramı elan edirik. Məsələn, kurrikullum üsulu 2009-cu ildə tətbiq edilmişdi. Yeni növ imtahan sistemini də məhz 11 il sonra 2019-cu ildən tətbiq etməyə başladıq ",-deyə DİM rəhbəri söyləyib.
Samirə Əli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























