• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblilər arasında suçiçəyi xəstəliyi yayılıb

Məktəblilər arasında suçiçəyi xəstəliyi yayılıb
13.05.2014 17:48
Azərbaycanda məktəblilər arasında suçiçəyi xəstəliyi yayılıb.Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva APA-ya açıqlamasında bildirib ki, hazırda məktəblilər arasında səpgili xəstəliklərdən suçiçəyi daha çox müşahidə olunur. Onun sözlərinə görə, uşaq bağçalarında bu xəstəliyə yoluxma halı o qədər də çox deyil. Əsasən məktəb yaşlı uşaqlarda suçiçəyinin qeydə alındığını deyən A.Əliyeva bildirib ki, böyüklər arasında da tək-tək hallarda bu xəstəlik müşahidə olunur: “Suçiçəyi idarə olunan xəstəliklər qrupuna daxil deyil. Bu, idarəolunmayan xəstəlik olduğuna görə hər il ölkədə qeydə alınır. Rayon gigiyena-epidemiologiya mərkəzləri tərəfindən də buna qarşı əks epidemik tədbirlər həyata keçirilir. Hazırda xəstəliyin vəziyyəti keçən ilki durumla eyni səviyyədədir. Hər il bizdə bu xəstəlik qeydə alınır. Vəziyyətlə bağlı epidemioloqlar tərəfindən araşdırmalar aparılır və əks tədbirlər həyata keçirilir”. Azərbaycanda qızılca ilə bağlı vəziyyətə gəlincə, A.Əliyeva qeyd edib ki, aparılan müayinələr nəticəsində bu il aşkar olunan səpgili xəstəliklər arasında qızılca halı təsdiq edilməyib: “Allergik səpgilər yaz-yay fəslində daha çox müşahidə olunur. Hər bir səpgili xəstələrdən nümunə götürülərək müayinələr aparılır. Onlar arasında hələ ki bu il qızılca xəstəliyinin laborator təsdiqi qeydə alınmayıb”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol