• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisi qanunda olmayan maddə ilə sürücüləri cərimələyir - ŞİKAYƏT

Yol polisi qanunda olmayan  maddə ilə  sürücüləri cərimələyir - ŞİKAYƏT
29.10.2021 11:27
Bakı Dövlət Yol Polisi  lisenziyasız taksi xidməti göstərən sürücülərə cərimə yazıb.  Bunu cərimələnən sürücülərdən biri  Əfqan Mirzəyev anews.az-a açıqlamasında bildirib. Ekspertlər isə bildirir ki, bu hallarda sürücünü yalnız vergi orqanı cərimələyə bilər. 

 " Oktyabrın 25-i Binəqədi rayonu Rəsulzadə qəsəbəsi poladtökmə zavodu istiqamətində hərəkət edən zaman Yol Polisi Xidməti (YPX) avtomobili mənə "saxla" əmri verdi.  Avtomobili saxladıqdan sonra yol polisi inspektoru mənə yaxınlaşıb bildirdi ki, mən lisenziyasız taksi xidməti ilə məşğul olduğuma görə, inzibati xəta törətmişəm.  Mən isə öz növbəmdə ona etiraz edərək, lisenziya ilə bağlı Bakı Dövlət Yol Polisi İdarəsinin cərimə etmək kimi səlahiyyəti olmadığını, bunun yalnız vergi orqanları tərəfindən icra etmə səlahiyyətinə malik olduğunu bildirdim. İnspektor dediklərimə məhəl qoymadan 30 manat məbləğində cərimə edəcəyini söylədi", - deyə şikayətçi bildirib.
 
Mirzəyevin sözlərinə görə, inspektorun ikinci səhvi isə onu cərimə məbləği ilə bağlı aldatması olub. Belə ki, inspektor cərimənin 30 manat dəyərində olduğunu söyləsə də, vətəndaş portalda inzibati protokolu yoxlayarkən bu məbləğin 40 manat olduğunu görüb.
 
Sürücüyə təqdim edilən protokolu araşdırdıqda məlum oldu ki, yol polisi vətəndaşı başqa maddə ilə- 322.0.2 maddəsi ilə cərimələyib. Sözügedən maddə "Taksi” tanınma nişanları taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi fəaliyyəti ilə məşğul olmaqla bağlıdır.
 
Sürücünün sözlərinə görə isə onun avtomobilinin üstündə taksi şahmatı olub. 
 

   
Bəs lisenziyası olmadan taksi fəaliyyəti ilə məşğul olan şəxsləri hansı qurum cərimələməlidir?
 
Məsələ ilə bağlı yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov anews.az-a açıqlamasında bildirib ki, taksi xidməti ilə məşğul olan şəxslər üçün lisenziya deyilən bir anlayış yoxdur.  Taksi xidməti ilə məşğul olan şəxs fərqlənmə nişanı almalıdır. Əgər taksi xidməti ilə məşğul olan sürücünün fərqlənmə nişanı yoxdursa, yalnız vergi orqanları həmin şəxsə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edə bilər, polis əməkdaşları isə bununla bağlı cərimə tətbiq edə bilməz.

 " Vətəndaş taksi xidməti ilə məşğul olmaq istəyirsə, onun fərqlənmə nişanı olmalıdır.  Sözügedən nişanı Bakı şəhərində Bakı Nəqliyyat Agentliyi (BNA), respublikanın digər bölgələrində isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) verir. Əgər həmin fərqlənmə nişanı olmazsa, bu barədə vergi orqanları tədbir görə bilər. Əgər yol polisi taksi xidməti ilə məşğul olan sürücünün fərqlənmə nişanı olmadığını aşkar edərsə o, sadəcə vergi orqanlarına rəsmi məlumat ünvanlamalıdır", - deyə ekspert vurğulayıb.
 
Daxil olan şikayətlə bağlı Bakı Dövlət Yol Polisi idarəsinin mətbuat xitmətinin rəisi Vaqif Əsədov anews.az-a verdiyi açıqlamasında deyib ki, əgər taksi xidməti ilə məşğul olan sürücünün fərqlənmə nişanı yoxdursa, bu inzibati məsuliyyət yaradır və yol polisinin sürücüyə inzibati protokol tətbiq etmək hüququ var. Polis belə bir səlahiyyət sahibidirsə onda niyə başqa maddə ilə protokol açıb sualına cavabında isə mətbuat katibi məsələni şöbədə araşdırmağı tösiyyə etdi. Yol polisinin sözçüsü həmçinin polisin fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olan sürücünü  qanunun hansı maddəsi ilə cərimələmək hüququna malik olduğuna cavab vermədi.


 
Samirə Ali


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol