• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərpambıq ASK”nin sabiq direktoruna hökm oxunub

“Azərpambıq ASK”nin sabiq direktoruna hökm oxunub
28.10.2021 17:05
Gəncə Ağır Cinayətlər Məhkəməsində "Azərpambıq ASK” MMC-nin Ağdam Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin sabiq direktoru Həsrət Səfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
 
Anews.az-ın xəbərinə görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.
 
"Azərpambıq ASK” MMC-nin Ağdam Pambıq İstehsalı və Tədarükü Məntəqəsində baş verən qanunsuz hallarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işi üzrə istintaq aparılıb.
 
Aparılan istintaqla müəyyən edilib ki, qeyd edilən müəssisənin sabiq direktoru H.Səfərov 2018-2019-cu illər ərzində tərtib edilən sənədlərə pambığın keyfiyyətinin azaldılması ilə bağlı tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etməklə müəssisənin 117 min manat məbləğində pul vəsaitini mənimsəyib.
 
İş üzrə toplanan sübutlar əsasında H.Səfərova 26 aprel 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
 
 H.Səfərov daha əvvəl Ağdam rayon Üçoğlan bələdiyyəsinin sədri vəzifəsində də işləyib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol