• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdakı texniki baxış məntəqələrində yenilik edildi - Video

Bakıdakı texniki baxış məntəqələrində yenilik edildi - Video
28.10.2021 19:33
Bakıda yerləşən texniki baxış mərkəzlərində yeniliklər edilib.
"Qafqazinfo” xəbər verir ki, Sabunçu və Qaradağ rayonlarında yerləşən müayinə mərkəzləri tam yeni avadanlıqlarla təchiz edilib, hər iki mərkəzdə abadlıq işləri aparılıb, ərazidə yeni yaşıllıqlar salınıb.
Bundan başqa, avtomobillərini texniki baxışa təqdim edən sürücülərin gözləmə zalları yaradılıb ki, burada onlara təmənnasız olaraq çay, su kofe təklif olunur.

Həm "Sədərək” ticarət mərkəzinin yaxınlığında yerləşən, həm də Zabrat qəsəbəsindəki texniki baxış məntəqələri həftə sonları, eləcə də bayram günləri də adi günlərdəki kimi işləyir. MDB məkanında ən müasir avadanlıqlar məhz burada quraşdırılıb.
Qaradağdakı müayinə mərkəzi tam yeni avadanlıqlarla təchiz ediləndən sonra Zabratdakı mərkəzdə də eyni işlər görülüb. Texniki baxışa təqdim olunan hər bir nəqliyyat vasitəsi müasir avadanlıqlarla yoxlanılır və bütün qüsurlar burada aşkar edilir.
Bundan sonra sürücüyə elektron qaydada texniki baxış talonu verilir. Növbəti il həmin qüsurlar yenidən aşkar edildikdə avtomobil texniki baxışdan keçirilmir.

Sürücülərə xidmət edən personal xüsusi geyimlərdə və pandemiya qaydalarına uyğun olaraq fəaliyyət göstərirlər.
Bu il ilk dəfə olaraq Bakıdakı texniki baxış mərkəzlərində sürücülər üçün qaynar xətt yaradılıb. 012 511 08 40 nömrəsinə zəng edən sürücülərə xanım operator cavab verir. Qaynar xətt vasitəsilə avtomobilin texniki baxış vaxtını, qayda pozuntularınə, avtomobilə aid cərimələri, hansı qüsurların aradan qalıdırılmasını, rüsumu və digər məsələləri öyrənirlər. Respublikanın bütün bölgələrindən başqa sahələr üzrə suallar da olduqda isə aidiyyatı üzrə yönləndirilir.
Operator rus və ingilis dillərində sərbəst danışır və sualları cavablandırır. Artıq Bakıda fəaliyyət göstərən beynəlxalq təşkilatların və diplomatik korpusların nümayəndələri operator xidmətinin səmərəli fəaliyyətinə görə dəfələrlə təşəkkür ediblər.
Hər iki müayinə mərkəzində minlərlə ağac və gül kolları əkilib. Zabratda geniş zeytun bağı salınıb, vaxtilə bataqlığa çevrilən ərazi abadlaşdırılıb. İndi burada həm vətəndaşlar, həm də işçilər üçün normal şərait yaradılıb.
Daha ətraflı videomaterialda tanış ola bilərsiniz:
 

 







www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol