• $
  • €
  • ₽
  • ₺
  • £

Şeyxdən yas çadırları ilə bağlı sərt MÖVQE

Şeyxdən yas çadırları ilə bağlı sərt MÖVQE
13.05.2014 15:30

“Qurana hörmətsizlikdir”

Azərbaycanda yas çadırlarının yığışdırılması təklif edilir.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimləri üçün keçirilən təkmilləşdirmə kursunun açılışında QMİ sədri, şeyxulislam Allahşükür Paşazadə çıxış edib.

Yas mərasimləri haqqında danışan Allahşükür Paşazadə bildirib ki, çadırların yığışdırılması üçün tez-tez təkliflər verilir:

“Biz bu barədə fikirləşirik. Düşünürük ki, molla məclisdə 2-3 saat oturmalıdır. O gəlib 2-3 saat Quran-i Kərim oxuyub, Fatihə verib getməlidir. Yoxsa əks halda insanlar Qurana hörmət etmir. Bir yandan surə oxunur, bir yandan da insanlar yeyir, içir, söhbət edirlər”.

Bu məsələnin hələ uzun illər öncədən gündəmdə olduğunu deyən QMİ sədri konkret addımlar atmağa çox az zaman qaldığını açıqlayıb.

A.Paşazadənin sözlərinə görə, yas məclisinə kimsə gedirsə, hüzr verib qayıtmalıdır. Qurana, moizəyə qulaq asmaq istəyən isə məscidə getməlidir:

“Biz din xadimləri üçün təkmilləşdirmə kursunu həyata keçirərək insanları bu sahədə maarifləndirmək, şəriət qaydaları sahəsində savadlandırmaq istəyirik. İnanıram ki, bu sahədə müsbət nəticələr əldə edəcəyik”. 

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol