Bu ilin 6 ayı ərzində icbari tibbi sığorta çərçivəsində nə qədər insan əməliyyat olunub?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə
(Agentlik) daxil olan hesabatlara əsasən 2021-ci ilin yanvar-iyun ərzində
ölkə üzrə 188 nəfər icbari tibbi sığorta çərçivəsində endoprotezləşdirmə əməliyyatı olunub. Bu barədə agentlikdən məlumat verilib.
Cərrahi
tibbi xidmət olan endoprotezləşdirmə əməliyyatı
icbari tibbi sığortanın Xidmətlər
Zərfi çərçivəsində vətəndaşlar üçün ödənişsiz icra
olunur. Xidmətlər Zərfinə əsasən təqvim ili ərzində icbari tibbi sığorta çərçivəsində
təminat verilən endoprotezləşdirmə əməliyyatlarının sayı isə 300 müəyyən
edilib. Cari il üzrə bu əməliyyat üçün müraciət etmiş 300 vətəndaşın sorğusuna müraciət
tarixinə uyğun olaraq Agentlik tərəfindən artıq müsbət rəy verilib. Qeyd edək
ki, təqvim ili üzrə limit həddi tamamlandıqdan sonra daxil olan müraciətlərə
növbəti il baxılacaq.
Dövlət tibb müəssisələrində icrası mümkün olmayan,
xüsusi tibbi təchizat və təminat tələb edən bu əməliyyat
Agentliyin müqavilə bağladığı müvafiq tibb müəssisələrində icra olunur.
Əməliyyat tibbi göstərişlərə əsasən həyat və sağlamlığı üçün təhlükəlilik
dərəcəsi ən yüksək olan pasiyentin həyat və sağlamlığı üçün təhlükəlilik
səviyyəsi ən aşağı olan pasiyentlə növbələşmə prinsipinə əsasən göstərilə
bilər.
Endoprotez dedikdə orqanizmin daxilinə yerləşdirilən protez - funksiyasını itirmiş və
ya xəstə orqanın əvəzedicisi nəzərdə tutulur. Endoprotezləşdirmə əməliyyatı zamanı
sıradan çıxmış oynaq süni oynaqla əvəz olunur. Qeyd edək ki, 18 yaşdan aşağı
şəxslər üçün endoprotezləşdirmə əməliyyatı sümüklərin qığırdaq hissəsi - böyümə zonaları
hələ tam bağlanmadığına görə gələcəkdə onların fiziki inkişafına mənfi təsir
etməmək üçün icra olunmur. Həmçinin
bədəninin hər hansı bir nahiyəsində aktiv infeksiyası olan şəxslərə də bu əməliyyat
tövsiyə olunmur.
Xidmətlər Zərfi çərçivəsində sözügedən
tibbi xidmətlə yanaşı, vətəndaş əməliyyat öncəsi müayinə və həkim
konsultasiyası, anesteziya, reanimasiya
və stasionarda yatış, yatış müddətində təyin
edilmiş laborator və instrumental müayinələr, habelə endoprotez kimi tibbi ləvazimat
üçün heç bir ödəniş etmir. Əməliyyat zamanı
istifadə olunan dərman və tibbi sərf, həmçinin həkim təqibi də tibbi xidmətin
tarifinə daxildir.
Bununla yanaşı, ehtiyac yarandığı təqdirdə bəzi xəstələrə
əməliyyatdan əvvəl və sonra müəyyən vətərlərdə və əzələlərdə yaranan zəiflik və
gərginliyin aradan qaldırılması ilə bağlı fizioterapiya xidməti göstərilir. Bu zaman
əzələ gücləndirici, stimulyasiya edici və oynaq hərəkət açıqlığını təmin edən fiziki
müalicə prosedurları aparılır. Vətəndaş bu xidməti icbari tibbi sığorta çərçivəsində
əldə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində
olan dövlət tibb müəssisələrinə müraciət edə bilər. Xidmətlər Zərfinə əsasən hər
bir fizioterapevtik xidmət üzrə 10 prosedur nəzərdə tutulub və bu xəstənin
narahatlığını aradan qaldırmaq üçün yetərli hesab edilir.
Oynaqların
funksiyasının pozulmasının səbəblərinə revmatizmal xəstəliklər, oynağın anadangəlmə patologiyaları, oynaq
daxili sınıqlar və ya zədələnmələr, metabolik pozuntular və
artıq çəki problemini nümunə gətirmək olar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























