Duzsuzlaşdırılan dəniz suyunun maya dəyəri azalacaq - AÇIQLAMA

Ekologiya və Təbii Sərvətlər Nazirliyi suvarma məqsədilə təmizlənən dəniz suyunun 1 kubmetrinin maya dəyərini yaxın zamanlarda 30% azaltmağa nail olmağı planlaşdırır. Hazırda Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksində istehsal edilən bu suyun 1 kubmetri 89 qəpiyə başa gəlir . Bunu Anews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bildirib.
2021- ci ilin yanvar-sentyabrında Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksində 264.550 kubmetr dəniz suyu duzsuzlaşdırılıb. Kompleksdə ildə 5 min kubmetr su təmizlənərək istifadə olunur.
www.anews.az
''Əsas məqsəd gələcəkdə ehtimal olunan su qıtlığı probleminin həllinin effektiv yollarını tapmaqdır. Yeni texnologiyaların ölkədə tətbiqi ilə bu problemi həll etməyə və duzsuzlaşdırılan suyun maya dəyərini 30% azaltmağa çalışaçağıq”, - deyə Mütəllimov söyləyib.
O, həmçinin bildirdi ki, son illər su qıtlığına ciddi şəkildə dünyada baş verən qlobal iqlim dəyişmələri təsir göstərir.
2021- ci ilin yanvar-sentyabrında Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksində 264.550 kubmetr dəniz suyu duzsuzlaşdırılıb. Kompleksdə ildə 5 min kubmetr su təmizlənərək istifadə olunur.
Duzsuzlaşdırılmış sular 4 saylı yaşıllaşdırma idarəsinə verilir və 200 hektar yaşıllıq ərazilərinin suvarılması üçün istifadə olunur.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























