• $
  • €
  • ₽
  • ₺
  • £

“Keçən il bu gün artıq bilirdim şəhidliyini, amma tort kəsdik...”

“Keçən il bu gün artıq bilirdim şəhidliyini, amma tort kəsdik...”
30.10.2021 11:35
Bu gün Vətən Müharibəsi şəhidi Rövşən İsmayılovun anım günüdür. 

Anews.az xəbər verir ki, şəhidin doğum günündə onunla bağlı xatirələrini bibisi,  jurnalist Xədicə İsmayıl paylaşıb. 


Həmin yazını təqdim edirik: "Bir ildir, sizə tanımadığınız bir oğlandan danışıram. İtkin xəbəri gələndə tanımadıqları gənci bizimlə bərabər axtaranlara, sonra nəşi tapılanda tanımadıqları oğlan üçün göz yaşı tökənlərə necə izah edəydim onun kim olduğunu? 


Bu gün 22 yaşı olacaqdı, amma 21-nə də çatmadı. Nə etmişdi savaşa qədər? Nə yaşamışdı? Nə görmüşdü? Kim idi o? 


Əgər qonşudakı qoca qadının yükünü əlindən alan, əsgərliyə gedəndə də məhəllə uşaqlarına bunu etməyi tapşıran qonşunuz varsa, Rövşəndir o. 


Atası çox sərt, anası aşırı nəzarətcil olanda da böyüyə söz qaytarmaq olmaz deyib,  mübahisə etməyən övladınız varsa, Rövşəndir o. 


Gələcək haqda danışanda da, "papaya çox çətindir, gərək elə eləyim, köməyim dəysin" deyib, sənət arzularından imtina edən oğlunuz varsa, Rövşəndir o. 


Bacısı ilə dərdləşəcək qədər yumşaq, onu qoruyacaq qədər güclü qardaşınız varsa, Rövşəndir o. 


Aşırı proqressiv bibi ilə dost ola biləcək qədər anlayışlı qaqa tanıyırsınızsa, o da Rövşəndir. 


A bala, mikrorayonda hər dava-dalaş yerindən səsin gəlir, uzaq dur deyəndə "dostumu tək qoymayacaqdım ki" deyən uşaqlar var ha, onlardan idi Rövşən... 


Sizin heç son zəngdə qızlarla bir yerdəsiniz, çox içməyin deyib, sinfin oğlanları ilə mübahisə edən dostunuz oldumu? 


Dostlarına "ciddi deyilsizsə, qızları oyuncaq eləməyin, hamımızın bacısı var" deyən oğlan çıxdımı heç qarşınıza? Rövşən idi o. 


Hər şeyi bildiyini düşünməyən, hələ öyrənməliyəm deyən, özgüvəni qabiliyyətindən çox çox aşağı olan birini tanıyırsınızsa, Rövşən də elə idi. 


Adi uşaq idi. Bir az utancaq, çöldə davakar, evdə mehriban, incə zarafatlı. Tanıdığım ən qanacaqlı yeniyetmə idi. 


Biz onu müharibədən yox, həyatdan tanıdıq. Kaş siz də tanıyaydınız. Şəhidliyindən əvvəl özünü... 


Bu gün 22 olacaqdı. Keçən il bu gün mən artıq bilirdim döyüşdə həlak olduğunu. 


Amma ümid vermişdilər ailəmizə. "İrəli gediblər, rabitə yoxdur, amma xəbər gəlib ki, sağdılar" deyirdilər. Biz də axtarırdıq. Həmin gün onlarda tort da kəsdik, ümidimizi o tortun şamına tutuşdurduq, arzu tutduq. Bilirdim yalançıdır o ümid. İndi isə darıxıram o yalançı ümid üçün. Bir də bunu demək üçün:


Ad günün mübarək, Tatan...”


R. İsmayılov ölümündən sonra "Suqovuşanın azad edilməsi” və "Vətən uğrunda” medalları ilə təltif olunub.  

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol