11 yaşlı ananın körpəsinin vəziyyəti ağırdır

Respublika Klinik Xəstəxanası 11 yaşında hamilə qalaraq uşaq dünyaya gətirmiş qızın hazırkı vəziyyəti ilə bağlı açıqlama verib.
Klinikanın hamiləlik patologiyası şöbəsindən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, ananın vəziyyəti yaxşıdır, uşağın isə vəziyyəti ağırdır.
İmişlidə hamilə olan 11 yaşlı qızın uşağı Respublika Klinik Xəstəxanasının patologiyası şöbəsində 30-31 həftəlik, qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi də başlanılıb. Baş Prokurorluğun məlumatına görə, Rayon Mərkəzi xəstəxanasından İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Hazırda istintaq davam edir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib