• $
  • €
  • ₽
  • ₺
  • £

Abşeron şəhidlərinə il mərasimi keçirildi - Fotolar

Abşeron şəhidlərinə il mərasimi keçirildi - Fotolar
31.10.2021 14:30
Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərə atılaraq qəhrəmancasına döyüşən, öz canlarını vətəninə qurban verən dörd igid şəhidimizin il mərasimi keçirilib.

Anews.az xəbər verir ki, il mərasimlərində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, millət vəkili Oqtay Əsədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon Şöbəsinin rəisi Ruslan Rəhimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik Hüseyn Quliyev, Abşeron rayon prokuroru Qabil Qasımov, Abşeron rayon Mühafizə Polisi İdarəsinin rəisi Arif Məmmədov, şəhid ailələri, qazilər, gənclər və rayon ictimaiyyəti iştirak edib.

Şəhid əsgər İbadov Rauf Məhərrəm oğlu, gizir Rəşidov Ziyəddin Arzu oğlu, gizir Dövlətli İskəndər Vüqar oğlu və əsgər Heydərov Qadir Ədalət oğlunun əvvəllər yaşadıqlara ünvanlara gedilərək ailə üzvləri ilə görüşülüb.

Eyni zamanda, şəhid əsgər İbadov Rauf Məhərrəm oğlunun adının əbədiləşdirilməsi məqsədi ilə ucaldılan abidə-bulaq kompleksinin açılışında iştirak edilib.

Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub.
Allah bütün şəhidlərimizi rəhmət eləsin!
 








www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol