• $
  • €
  • ₽
  • ₺
  • £

Bloqer Saməddin Məmmədov niyə həbs edilib? - DİN-dən açıqlama

Bloqer Saməddin Məmmədov niyə həbs edilib? - DİN-dən açıqlama
31.10.2021 15:30
Sosial şəbəkələrdə Vətən Müharibəsi iştirakçısı Nahid Məmmədov atası Saməddin Məmmədovun saxlanıldığını, ondan xəbər ala bilmədiklərini deyib. O iddia edib ki, atası bloqer fəaliyyətinə və siyasi baxışına görə tutulub. N.Məmmədov onu da əlavə edib ki, özü də polis şöbəsində zorakılığa məruz qalıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bununla bağlı "Qafqazinfo”nun sorğusunu cavablandırıb.
"Sosial şəbəkələrdəki bəzi səhifələrdə Cəlilabad rayon sakini, özünü bloqer kimi kimi təqdim edən Saməddin Məmmədovun qərəzli səbəblərdən həbs edilməsi ilə bağlı uydurma iddialar paylaşılıb. Bu iddiaların heç bir əsası yoxdur.

Belə ki, S.Məmmədov, oğlu N.Məmmədov və  bacısı oğlu E.Məmmədovla birlikdə sentyabrın 27-də Cəlilabad rayonundakı Şəhidlər Xiyabanının qarşısında rayon sakini E.Cəfərova qarşı heç bir əsaslı səbəb olmadan xuliqanlıq hərəkətləri törədiblər, S.Məmmədov isə bu zaman E.Cəfərovu vuraraq ona bədən xəsarəti yetirib”, - DİN rəsmisi qeyd edib.

O vurğulayıb ki, faktla bağlı Cəlilabad RPŞ-də cinayət işi başlanılıb:
"S.Məmmədov barəsində Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Oktyabrın 30-da isə S.Məmmədovun şəxsi əşyalarını və idarə etdiyi nəqliyyat vasitəsini təhvil almaqdan ötrü oğlu N.Məmmədov və anası Cəlilabad Rayon Polis Şöbəsinə gəliblər. Bu zaman şöbə rəhbərliyi tərəfindən qəbul ediliblər və onları maraqlandıran suallar barədə məlumat verilib. N.Məmmədova qarşı heç bir fiziki güc və ya zor tətbiq edilməyib. İddialar əsassızdır və həqiqəti əks etdirmir”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol