• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” yerli İKT peşəkarlarının yetişməsinə dəstək olur

“Nar” yerli İKT peşəkarlarının yetişməsinə dəstək olur
01.11.2021 09:35
"Nar” mobil rabitə bazarında yerli kadrların yetişdirilməsi və gənclərin təhsili başa vurduqdan sonra qısa müddət ərzində peşəkarlara çevrilməsi məqsədilə texniki ixtisaslar üzrə təhsil alan tələbələr üçün "Mobil rabitənin əsasları” təlimini təşkil edir. Təlim ödənişsiz əsasda və ali məktəb rəhbərliyinin təşkilati dəstəyi ilə keçirilir. 


Əsas mövzusu mobil şəbəkənin iş prinsipi və rabitə texnologiyaları olan "Mobil rabitənin əsasları” təlimi ali məktəblərin tədris proqramına faydalı əlavə kimi tələbələri mobil rabitənin təcrübi tərəfi barədə bilgiləndirir. Belə ki, bu təlim "Nar”ın peşəkar texniki heyəti tərəfindən hazırlanır və həyata keçirilir. Bu səbəbdən, təlimdə iştirak edən tələbələr bilikləri birbaşa olaraq işin peşəkarlarından öyrənir və onlara maraqlı olan sualları "Nar”ın nümayəndələrinə ünvanlaya bilirlər.


Təlimin sonunda mobil rabitə sahəsində öyrəndikləri yeni biliklərin göstəricisi olaraq tələbələr "Nar” tərəfindən sertifikatlarla təltif edilir. Bu il ilk təlim Azərbaycan Texniki Universitetinin tələbələri üçün keçiriləcək.


2021-ci ilin əvvəlində KSM strategiyası çərçivəsində Azərbaycan Texniki Universiteti və "Nar” rəhbərliyi arasında görüş keçirilmiş və əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilmişdi. Keçirilən bu təlim də mobil operatorun korporativ sosial məsuliyyət strategiyasının tərkib hissəsi olmaqla yanaşı, Azərbaycan Texniki Universitetilə nəzərdə tutulan əməkdaşlıq istiqamətlərindən biridir.


"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb. 





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol