Milli Məclisin keçmiş mətbuat katibinə yeni vəzifə verilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub.
Bununla bağlı konfederasiyanın sədri Səttar Möhbalıyev əmr imzalayıb.
Əmrə əsasən, Akif Təvəkküloğlu (Nəsirli) qurumun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib.
Akif Təvəkküloğlu uzun müddət AzTV-də çalışıb. Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində işləyib. Son təyinata qədər qanunverici orqanın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində çalışıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























