• $
  • €
  • ₽
  • ₺
  • £

Xanlar Vəliyev Rövşən Əkbərovun həbsindən danışdı

Xanlar Vəliyev Rövşən Əkbərovun həbsindən danışdı
01.11.2021 12:55
"Rövşən Əkbərovun cinayəti törətməsi istintaq materialları ilə kifayət qədər sübuta yetirilib”.

Anews.az xəbər verir ki, bu sözləri "Kriminalqafqaz”a özəl açıqlamasında hərbi prokuror Xanlar Vəliyev deyib.

O, Rövşən Əkbərovun həbsinin qərəzli olmasına dair məhkəmədə səsləndirdiyi fikirlərlə razı olmadığını bildirib:

"Həmin cinayət işinin istintaqı Baş Prokurorluqda aparılıb. Mən hərbi prokuror olmamışdan qabaq o işin istintaqı bir müddət Hərbi Prokurorluqda olub. Amma sonra keçmiş baş prokuror Zakir Qaralovun vaxtında iş Baş Prokurorluq tərəfindən götürülüb. Səbəbini mən də bilmirəm. İstintaq başa çatdıqdan sonra məhkəməyə verilib və məhkum olunub”.

Xanlar Vəliyev Milli Qəhrəman Rövşən Əkbərovun rütbəsi və fəxri adlarının alınması ilə bağlı məsələnin məhkəmənin səlahiyyətində olduğunu bildirib:

"Az da olsa istintaq dövründən xəbərim var. Çox nadir hallarda bu ranqda olan şəxslər qəsdən adam öldürdüyünü etiraf edir. Mən onun məhkəmədə səsləndirdiyi fikirlərlə razı deyiləm. Rövşən Əkbərovun bu cinayəti törətməsi istintaq materialları ilə kifayət qədər sübuta yetirilib və məhkəmədə də bu təsdiq olunub. Orada şahidlər də olub və onun nə etdiyini də deyiblər”.

Ötən həftə Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mili Qəhrəman, general-leytenant Rövşən Əkbərov 10 il azadlıqdan məhrum edilib. Sabiq birlik komandiri 2001-ci ildə Ukraynada iş adamı Elçin Əliyevi hərbi xəncərlə vuraraq öldürməkdə ittiham olunur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol