"Rüsumlarının dəyişməsi dərmanların qiymətinə təsir edəcəkmi?" - Nazir müavini

Dövlət rüsumlarının dəyişməsi dərmanların qiymətinə təsir etmir. Dərmanlarla bağlı mövcud problemlər rüsum və yığımlarla bağlı deyil.
Anews.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keirilən iclasında "Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı maliyyə nazinin müavini Azər Bayramov deyib.
A.Bayramov vurğulayıb ki, qiymətqoymada müəyyən aparıcı şirkətlərlə qeyri-müəyyənliklər yaşanır.
Burada problem daha çox qiymət formalaşması ilə bağlıdır: "Rüsum dərəcəsi o prosesdə çox cüzi bir məbləğdir. Mən inanmıram ki, bu, qiymətə təsir göstərsin. Bütövlükdə məhsulun çeşidinin kifayət qədər olmaması problemdir. Hesab edirəm ki, aidiyyəti qurumlar - İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi bu problemin həlli üçün işlər görürlər”.
"Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərə əsasən bəzi dövlət rüsumlarının məbləği dəyişdirilir və yeni dövlət rüsumları müəyyən edilir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib