• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Şabran dəmir yolu xəttindən oğurluq edilib

Bakı-Şabran dəmir yolu xəttindən oğurluq edilib
01.11.2021 19:00
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Şabran dəmir yolu xəttinin Baş Sumqayıt stansiyası ərazisindən keçən hissəsindən oğurluq edilib.
 
Bu barədə Anews.az saytına Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Naməlum şəxs stansiya ərazisindəki rabitə quyusundan ümumilikdə 73 metr borunu kəsərək oğurlayıb və nəticədə stansiyaya 1 300 manata yaxın maddi ziyan vurub.
 
Hadisə barədə məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Baş Sumqayıt Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat zamanı qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş Hüseynbala Cəfərov saxlanılıb.
 
Onun oğurladığı əşyaların bir hissəsi və hadisə zamanı istifadə etdiyi kəsici alətlər maddi sübut kimi aşkar olunaraq götürülüb.
 
Hüseynbala Cəfərov ifadəsində qeyd edilən stansiyanın ərazisindən oğurluq etdiyini etiraf edib.
 
Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar aparılır. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol