• $
  • €
  • ₽
  • ₺
  • £

Dindarların vahid geyimi olacaq

Dindarların vahid geyimi olacaq
13.05.2014 12:44
“Dini sahədə maarifləndirmə Qafqaz Müsəlmanları İdarəsinin istədiyi səviyyədə deyil”. APA-nın məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) din xadimləri üçün təşkil etdiyi təkmilləşdirmə kursunun açılışı ilə bağlı keçirilən konfransda Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev deyib. O bildirib ki, bir ay ərzində din xadimlərinin vahid geyim məsələsi də həllini tapacaq: “Necə vaxtdır, dövlət rəhbərliyi səviyyəsində din xadimlərinin geyim məsələsinin həlli tapşırılmışdı. Nəhayət, Kamal Abdulla dövlət müşaviri təyin olunandan sonra həllini tapdı”. V. Məmmədəliyev İslam Universitetinin diplomlarının tanınmaması məsələsinə də toxunub: “İslam Universitetinə artıq status verilib, magistratura və aspiranturada bu universitetin diplomları niyə tanınmır? Bu məsələ də həllini tapmalıdır”. V. Məmmədəliyev bildirib ki, şəhidlik statusu din xadimləri vasitəsi ilə cəmiyyətə başa salınsa, Suriyaya gedən olmaz: “Şəhidlər Vətən, namus, din yolunda həyatını fəda edənlərdir. Pul üçün döyüşənlərə şəhid deyilə bilməz. Biz başqa ölkənin işinə niyə qarışırıq? Özünü belə qəhrəman sayırsansa, Qarabağda partizan kimi döyüş, Suriyaya niyə gedirsən?” QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə isə Mübariz İbrahimovun şəhidlik zirvəsinə yüksəldiyini söyləyib: “Kimsə Mübariz İbrahimova döyüşmək tapşırmışdı? Özü torpaq uğrunda döyüşüb, şəhid oldu”.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol