• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il Azərbaycanda 99 uşaq övladlığa verilib

Bu il Azərbaycanda 99 uşaq övladlığa verilib
01.11.2021 14:36
Dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində işlərin davamı olaraq, bu il 63 uşaq həmin müəssisələrdən ailələrinə qaytarılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Anews.az-a verilən məlumata görə, bu il həmçinin 99 uşaq (47-si oğlan, 52-si qız) isə övladlığa verilib.

Övladlığagötürmə sahəsində idarəetmə 1 noyabr 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin vaxtdan sonra Nazirlik tərəfindən "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi yaradılaraq istifadəyə verilib, övladlığagötürmə prosesinin e-infrastruktur üzərindən aparılmasına başlanıb. Övladlığagötürmə ilə bağlı müraciətlər də e-qaydada edilir və müraciətin statusu ilə bağlı valideyn-namizədin şəxsi kabinetinə müvafiq məzmunda bildiriş göndərilir.

Qeyd olunan vaxtdan bəri 131 uşaq övladlığa verilib, onlardan 64-ü oğlan, 67-i qız uşağıdır.

Uşaqlar övladlığa verildikdən sonra onların ailələrdə inkişafı üçün şəraitin yaradılmasına ciddi nəzarət, ailələrdəki vəziyyətinin öyrənilməsi üçün dövri olaraq monitorinqlər həyata keçirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol