NİDA-çı gənclər azad oluna biləcək? - AÇIQLAMA

NİDA-çı gənclərə çıxarılan hökm yerli və beynəlxalq mətbuatın diqqət mərkəzindədir. Ötən gün ölkənin bir qrup ziyalısı məhbus gənclərin azadlığa buraxılması ilə bağlı ölkə başçısına müraciət etdilər. Mətbuatda 28 May Respublika günü münasibətilə Prezident tərəfindən amnistiya aktının imzalanacağı və bir çox məhbusların həmin sənədlə azadlığa çıxacağı yazılır.
ANN.Az məsələyə münasibət öyrənmək üçün tanınmış hüquqşünas, vəkil Namizəd Səfərovla danışıb.
N.Səfərov gənclərlə bağlı çıxarılan hökmü siyasi sifariş kimi qiymətləndirib: “Mən hökmə münasibət bildirərək deyə bilərəm ki, NİDA-çılar barəsində çıxarılmış hökmü müstəqil olmayan Azərbaycan məhkəməsinin hakimiyyətin sifarişi ilə çıxarılmış növbəti qanunsuz bir hökm hesab edirəm. Bu hökm siyasi hökmdür. NİDA-çı gənclər cinayət adlana biləcək hər hansı əməl törətməyiblər. Bu hökm azad söz, sərbəst toplantı və fikir azadlığına qarşı yönəldilmiş bir təpkidir. Belə qanunsuz hökmlərlə hakimiyyət cəmiyyətin gözünü qorxutmaq məqsədi güdür”.
Amnistiya aktına münasibət bildirən N.Səfərov belə bir qərarın olacağına şübhə etdiyini bildirib: “NİDA-çı gənclərin gözlənilən amnistiya fərmanına salınıb-salınmayacağına gəldikdə isə hesab edirəm ki,hakimiyyət tərəfindən sonuncu 20 il ərzində bir dənə də olsun normal Amnistiya akti qəbul edilməyib. Elə bu səbəbdən də tezliklə belə bir aktın qəbul olunacağına da şübhə ilə yanaşıram. Bizdə qəbul olunan amnistiya aktları yalnız kiçik bir kontinqenti əhatə edib. NİDA-çılara qarşı irəli sürülən ittihamlar ağır cinayətlərlə bağlıdır. Və nəhayət vətəndaşı şər-böhtan atmaqla, törətmədiyi əməldə ittiham edib məhkum etdikdən sonra onu guya humanistlik edib cəzadan azad etməyin ozünü mən mozaxizm kimi qiymətləndirirəm”.
Seymur
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























