• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bu rüsumlar artırılır - SİYAHI

Azərbaycanda bu rüsumlar artırılır - SİYAHI
01.11.2021 17:01
Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatının 100 manatdan 150 manata, nikahın qeydə alınması üçün dövlət rüsumunun 5 manatdan 10 manata, nikahın pozulmasının qeydə alınmasına görə dövlət rüsumunun 15 manatdan 20 manata, mobil cihazlara görə dövlət rüsumunun 20 manatdan  150 manata, sürücülük vəsiqəsinin verilməsi üçün rüsumun 20 manatdan 40 manata kimi artırılması gözlənilir. Bu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bu gün  müzakirə edilən "Dövlət rüsumu haqqında” qanun layihəsində nəzərdə tutulub. 

Qanun layihəsində həmçinin xarici pasportların alınmasına və itirilməsinə görə nəzərdə tutulan rüsumların da artırılması nəzərdə tutulub.  

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Aydın Hüseynov anews.az-a açıqlamasında rüsumların bir o qədər də çox artırılmadığını, bəzi rüsumların isə əksinə qiymətlərinin azaldığını deyib. 
 
"Dövlət rüsumu haqqında” qanun layihəsində qeyd olunan qiymət artımları hələ təsdiqlənməyib. Bu komitə daxilində sadəcə müzakirə olunub. Bəzi rüsumların qaldırılması, bəzilərinin isə azaldılması barədə təkliflər verilib. Alkoqollu içkilər və tütün məhsullarının da qiyməti artacaq", - deyə millət vəkili əlavə edib.  
 
Artırılan rüsumların siyahısını təqdim edirik:
 

- 2000 kubsantimetrədək olduqda - mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat;

- 3000 kubsantimetrədək olduqda - 100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat;

- 4000 kubsantimetrədək olduqda - 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat;

- 5000 kubsantimetrədək olduqda - 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat;

- 5000 kubsantimetrdən çox olduqda – 1500 manat.

- Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün rüsum 10 manatdan 15 manata;

- Nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata;

- Nikahın pozulmasının qeydə alınması üçün olan rüsum 15 manatdan 20 manata;

- Xarici pasportları 10 iş günündə almaq üçün rüsum 40 manatdan 60 manata, 5 iş günündə almaq üçün 80 manatdan 120 manata, bir iş günü ərzində almağa görə rüsum 160 manatdan 210 manata;

- Sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata;

- İpoteka müqaviləsinin təsdiqi üçün dövlət rüsumu Bakı şəhərində 110 manatdan 150 manata, digər şəhər və rayonlarda 44 manatdan 50 manata qaldırılır.

- Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək, bərpa edilmək və ya ondan çıxmaq barədə ərizələrə görə dövlət rüsumu 110 manatdan 200 manata qaldırılır.

- Baytarlıq pasportunun verilməsinə (bir sənədə) görə 20 manat dövlət rüsumu tutulacaq.

- Tikintinin layihəsinin qeydiyyatdan keçirilməsi üçün ödənilən rüsum 60 manatdan 90 manata qaldırılır.

- Mal və quş əti, balıq, yumurta, süd və bal üçün yeni dövlət rüsumları müəyyən edilir.

- Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı 100 manatdan 150 manata;

- xidməti silahın əldə edilməsinə icazənin verilməsinin ilkin qeydiyyatına görə rüsum 10 manatdan 20 manata;

- təkrar qeydiyyata görə isə 5 manatdan 10 manata;

- Gigiyenik sertifikatın verilməsi üçün rüsum 15 manatdan 25 manata;

- Mədəni sərvətlərin ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsinə görə 20 manat dövlət rüsumu tutulacaq. 

- Tikinti obyektinin istismarına icazənin verilməsi üçün 60 manat rüsum tutulacaq.

- Bank, birja və xarici hüquqi şəxslərin filialının qeydiyyatı üçün rüsum 220 manatdan 300 manata qaldırılır.

- İdman mərc oyunlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsinə görə 2500 manat dövlət rüsumu tutulacaq.

- Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə üçün 50 manat rüsum tutulacaq.

- xaricdən telefon gətirən fiziki şəxslər üçün bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat

bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat

bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 60 manat

bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat

bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat;

bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat

- zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması 1 məmulat üçün 2 manatdan 3 manata, qiymətli metalların, qiymətli daşların və onlardan hazırlanmış məmulatların və tərkibində qiymətli metallar olan materialların ekspertizası (1 ədəd üçün) 2 manatdan 3 manata,  

- qiymətli daşların adlarının, kütləsinin və keyfiyyətinin təyin edilməsi (hər bir daş üçün) - 20  qəpikdən 50 qəpiyə, 

- qiymətli metal tərkibli məmulatların və materialların analiz edilməsi (1 ədəd üçün) – 6 manatdan 10 manata, ad damğasının ilk dəfə qeydiyyata alınması üçün  rüsum 4 manatdan 10 manata;

- Daşınmaz əmlaka görə çıxarışın alınmasına görə 30 manatdan 50 manata, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi – 50 manatdan 75 manata qaldırılır. 

- Mövsümi ticarət yerlərinə görə Bakı şəhəri üzrə rüsumlar 60 manatdan 90 manata;

- Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 20 manatdan 30 manata;

- Digər regionlar üzrə isə 10 manatdan 15 manata;

- malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsinə görə tutulan dövlət rüsumu 20 manatdan 30 manata;

- dənizçilik sahəsindədövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamənin verilməsi 50 manatdan 65 manata;

- Əmtəə nişanına dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı 20 manatdan 30 manata;

- Seleksiya nailiyyətinə sifarişin verilməsi və onun ilkin ekspertizası üçün 10 manatdan 20 manata;

Patent verilməsindən imtina qərarı barəsində iddiaçı tərəfindən apellyasiya şurasına etirazla müraciət edilməsi üçün – 20 manatdan  30 manata qaldırılır.


Aytac Zeynalova 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol