Bu il Azərbaycana neçə qatar gətiriləcək?- RƏSMİ

"Azərbaycan Dəmir Yolları" QSC və "Stadler Rail Group” dövlət vəsaitiylə yeni qatarların alınması istiqamətində işlər aparır. Bunu anews.az-a Azərbaycan Dəmir Yolları rəsmisi bildirib.
''Hazırda 10 qatarın alınması istiqamətində iş aparılır. Qatarlar Azərbaycana gətirildikdən sonra təbii ki, ADY-nin qatar parkı genişlənəcək və bu da sərnişinlərə daha komfortlu xidmət göstərilməsinə şərait yaradacaq. Bilet satışına gəldikdə isə bu və digər məsələlərin qrafiki hazırda işlənilir.
Dəmir yolu nəqliyyatı sisteminin bütün sahələr üzrə müasirləşdirilməsi tədbirləri davam etdirilir. "Azərbaycan Dəmir Yolları” QSC müxtəlif istiqamətlərdə sabit cərəyandan dəyişən cərəyan sisteminə keçidin təmin edilməsi istiqamətində işlər aparır. Enerji və digər resurslara qənaətə, xərclərin aptimallaşmasına, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına imkan verəcək olan bu işlər tamamlandıqdan sonra ölkədaxili sərnişin qatarlarının hərəkəti bərpa ediləcək'', - deyə Səfərova vurğulayıb.
Bakı və Sumqayıt, Abşeron sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 2021-ci il 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.
Sərnişinlərin qatarlarda gediş-gəlişinin necə təşkil olunacağı ilə bağlı qaydalar üzərində iş gedir. Təmir işləri tamamlandıqdan sonra ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək.
Azərbaycan Dəmir Yolları (ADY) hələ ki, regionlara sərnişindaşımanı bərpa etməyib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























