• $
  • €
  • ₽
  • ₺
  • £

“Birinci Qarabağ Müharibəsi olmayıb, yalandır” - VİDEO

“Birinci Qarabağ Müharibəsi olmayıb, yalandır” - VİDEO
01.11.2021 17:58
"Birinci Qarabağ Müharibəsi olmayıb, bu, yalandır”
 
Bu sözləri Xalq yazıçısı Çingiz Abdullayev ötən gün Sumqayıtda oxucuları ilə görüşündə deyib. O, oxucularından "Birinci Qarabağ Müharibəsi” ifadəsini işlətməməsini xahiş edib:
 
"Birinci Qarabağ Müharibəsi deməyin! Bu müharibə olmayıb, yalandır. Ermənilər Sovet qoşunlarına pul verib, tanklarından istifadə edib bizim torpaqlarımızı alırdılar. Bizim ordumuz olmayıb. Xocalıya girən 366-cı alayda komandirlərin hamısı erməni idi. Əsl müharibə indi olub. 44 günlük müharibə ki, bizim müstəqil ordumuz olub, komandiri olub”, - deyə yazıçı bildirib. 

Xalq yazıçısı bir müddət əvvəl Vətən müharibəsi haqda özünün feysbuk hesabında paylaşım etmişdi: "Mən "Birinci” və "İkinci Qarabağ savaşı” terminlərinin əleyhinəyəm. "Birinci Qarabağ müharibəsi” olmayıb. Müharibə iki dövlətin orduları arasında silahlı konfliktə deyilir. Bu isə sadəcə yox idi! Sovet süquta uğradığı vaxtda sadəcə xalqın özünün müdafiə məqsədli yaratdığı könüllülər dəstəsi var idi. Qonşularımızın isə yetərincə sayda hazırlıqlı zabitləri olsa da, keçmiş sovet komandirlərinə pul ödəyərək onların texnika, hətta canlı qüvvəsindən istifadə edirdilər”.

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu bildirib ki, Birinci Qarabağ müharibəsində 18 500 nəfər şəhid olub, 3700 nəfər itkin düşüb, 39 500 nəfər isə yaralanıb. 
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol