Kitab və dərsliklər bu vergidən azad edilir

Bu gün Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə daxil olmuş kitab və kağız məhsullarının idxalının və satışının Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunması barədə Vergilər Məcəlləsinə ediləcək dəyişikliklərin ictimai müzakirəsi təşkil olunub.
Müzakirələrdə Milli Məclisin deputatları, Azərbaycan nəşriyyat evlərinin, kitab satışı şəbəkələrinin, media qurumların nümayəndələri iştirak edir.
Qanun layihəsinə görə, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən KİV məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu KİV məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad olunur.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, qanun layihəsi Azərbaycan Prezidentinin bu sahəyə diqqətinin və qayğısının növbəti bariz nümunəsidir.
Müzakirədə həmçinin oxucularda kitaba marağın artırılması, çap məhsullarının keyfiyyətinin artırılması və kitabın populyarlaşması üçün atılacaq addımlar müzakirə edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























