• $
  • €
  • ₽
  • ₺
  • £

Aeroportların salonlarından bu şəxslərin istifadə qaydaları təsdiqlənib

Aeroportların  salonlarından bu şəxslərin istifadə qaydaları təsdiqlənib
02.11.2021 12:40
Azərbaycanın aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə qaydaları müəyyənləşib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikası aeroportlarının (hava limanlarının) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarında (bundan sonra - VIP salonları) VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslərin qarşılanması və yola salınması üçün yüksək səviyyədə xidmətin göstərilməsi təmin edilir.

Beynəlxalq aeroport statusuna malik olan Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) VİP salonları həmin aeroportlarda dövlət sərhədindən buraxılış məntəqələrinin xüsusiləşdirilmiş hissəsi hesab olunur.

VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslərin bu salonlarda qarşılanması və yola salınması üzrə yüksək səviyyədə xüsusi xidmətin göstərilməsinə dair işlərin təşkili və fasiləsiz fəaliyyəti "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və xidmət prosesinə cəlb olunan mülki aviasiya subyektləri ilə birlikdə təmin edilir.
Naxçıvan Beynəlxalq Hava Limanının VİP salonunda bu Qaydanın 1.1-ci bəndində qeyd olunmuş xidmətlər Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi və xidmət prosesinə cəlb olunan mülki aviasiya subyektləri ilə birlikdə təmin edilir.

VİP salonlarında təhlükəsizliyin təmin edilməsi "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilir.
"Naxçıvan” Beynəlxalq Hava Limanının VİP salonunda təhlükəsizliyin təmin edilməsi "Naxçıvan” Beynəlxalq Hava Limanı, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilir.

VİP salonlarında göstərilən xidmətlərin keyfiyyətinə və VİP salonlarından istifadə qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən həyata keçirilir.

VİP salonlarında ödənişsiz əsaslarla xidmətlərin göstərilməsi ilə bağlı çəkilən xərclər Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə ayrılmış vəsait hesabına həyata keçirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol