• $
  • €
  • ₽
  • ₺
  • £

Apple Pay artıq Bank Respublika kart sahibləri üçün əlçatan olur

Apple Pay artıq Bank Respublika kart sahibləri üçün əlçatan olur
02.11.2021 13:18
Bu gündən etibarən Bank Respublika kart sahibləri Apple Pay vasitəsilə ödəmələri daha təhlükəsiz, əminli və məxfi şəkildə edə bilərlər. Apple Pay istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pulu əldən ələ ötürmədən ödəniş etmək imkanını qazanırlar. Hər bir əməliyyatın təhlükəsizliyi iPhone-nun innovativ texnologiyaları ilə təmin olunur.  

Ödənişi həyata keçirmək üçün müştəri sadəcə iPhone telefonunu və ya Apple Watch saatını ödəniş terminalına yaxınlaşdırmalıdır. Apple Pay vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçi onu Face ID, Touch ID və ya cihazın parolu ilə təsdiq etməlidir və, bundan əlavə, bütün əməliyyatlarda unikal birdəfəlik dinamik təhlükəsizlik kodu istifadə olunur. Apple Pay ilə siz market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödəmələr edə bilərsiniz.  

Bundan əlavə, müştərilər Apple Pay vasitəsilə iPhone, iPad və Mac cihazlarına yüklənmiş tətbiqlərdə və ya Safari internet brouzerlərində açılmış saytlarda rahat və sürətli alışveriş edə bilərlər – artıq qeydiyyatdan keçməyə və qəliz formaları doldurmağa lüzum qalmır. Apple Pay ilə yemək və ərzaq çatdırılmasını, onlayn alışverişi, biletləri eldə etmək və digər ödənişləri etmək çox rahatdır. Apple Pay həmçinin Apple Watch tətbiqlərindəki ödəmələr etmək üçün istifadə oluna bilər.  

Təhlükəsizlik və məxfilik Apple Pay-in əsasında durur. Siz kredit və ya debit kartınızı Apple Pay-ə əlavə etdikdə kart nömrələri nə cihazınızda, nə də Apple serverlərində saxlanılmır. Əvəzində ona unikal cihaz qeydiyyat nömrəsi verilir, sonra o şifrələnir və cihazınızın yüksək sənaye standartlarına cavab verən sertifikasiya edilmiş "Təhlükəsiz element” çipində əminliklə saxlanılır.   
Apple Pay-i sazlamaq çox asandır. Sadəcə iPhone-da Wallet ("pul kisəsi”) tətbiqinə daxil olub, + ("üstəgəl”) işarəsini basıb oradakı təlimatlara əsasən Bank Respublika kredit və ya debit kartını əlavə etmək kifayətdir. Kart iPhone, Apple Watch, iPad və ya Mac cihazına əlavə olunan andan müştəri həmin cihazda Apple Pay-dən istifadə edə bilər. Müştəri Bank Respublikanın öz kart sahiblərinə verdiyi bonus və endirimlərdən yararlanmağa davam edir. 

Apple Pay barədə təfərrüat ilə http://www.apple.com/apple-pay/ saytında tanış ola bilərsiniz.   
Bank Respublika haqqında daha ətraflı məlumat burada: https://www.bankrespublika.az/
 







www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol