Bakı-Moskva reyslərində uçuşlarda gecikmələr olacaqmı? - AÇIQLAMA

AZAL və "Buta Airways” aviaşirkətlərinin Moskva hava reyslərinin cədvəlində dəyişiklik yoxdur.
Bu barədə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.
O bildirib ki, Bakı-Moskva və əks istiqamətdə bütün reyslər cədvəl üzrə hərəkət edir:
"Bizim uçuşlarda heç bir gecikmə olmayıb. Bütün uçuşlar cədvəl üzrə həyata keçirilir. Heç bir dəyişiklik yoxdur”, - deyə Paşa Kəsəmənski bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























