• $
  • €
  • ₽
  • ₺
  • £

Çingiz Abdullayev I Qarabağ müharibəsi haqda dediklərinə aydınlıq gətirdi - VİDEO

Çingiz Abdullayev I Qarabağ müharibəsi haqda dediklərinə aydınlıq gətirdi - VİDEO
02.11.2021 13:39
Xalq yazıçısı Çingiz Abdullayev "Birinci Qarabağ müharibəsi olmayıb, yalandır” fikrinə aydınlıq gətirib.

O, feysbuk hesabında paylaşdığı videoda məsələ ilə bağlı bunları deyib:

"Danışanda dedim ki, hələ bir il bundan öncə mən rus telekanallarında bizim qonşularımızdan danışanda onlar mənə dedilər ki, siz ticarət xalqısınız, biz isə əsgər xalqıyıq. Ona görə birinci müharibədə biz sizə qalib gəlmişik və nə qədər torpağınızı almışıq. İndi bəziləri qəsdən deyir ki, Çingiz şəhidlərə hörmətsizlik edir. Hamısı yalandır. Çünki şəhidlərin arasında mənim bir neçə qohumum var. Mənim Şuşada həlak olan qardaşım var. Ümumiyyətlə, həmişə demişəm ki, biz neçə min şəhid itirmişik, Allah onların hamısına rəhmət eləsin. Ona görə ki, onlar hamısı qəhrəmandırlar.

Niyə görə? Onlar silahsız, tanksız, topsuz mübarizə aparırdı. Yalnız Ağdamda 6 min insan həlak olmuşdu. Amma mən niyə bununla razılaşmıram ki, eyni müharibə olub? Ona görə ki, 20, 30, 40 ildən sonra nəvələrimiz bizdən soruşacaq: "Xocalıya gələndə niyə ordumuz onu müdafiə etməyib?”. Baxmayaraq ki, Xocalıda 4 Milli Qəhrəman olub. Ona görə ki, o vaxt ordumuz olmayıb. Qəhrəmanlar çox olub. Neçə min insan itirmişik. Bir milyon qaçqın olub.
 
Torpaqlarımızın 20%-ni itirmişik. Əgər o vaxt ümummilli liderimiz Heydər Əliyev gəlməsəydi, bəlkə, daha çox itirərdik. O, bizi xilas etdi, müharibəni dayandırdı. Biz isə o vaxt Bakıda yalnız hakimiyyət mübarizəsini fikirləşirdik və bizim könüllü batalyonlarımız cəbhədə vuruşurdu.

Ona görə mən qonşularımızla qəti razı ola bilmərəm. Biz ticarət xalqı deyilik, biz qəhrəman xalqıyıq. Nə qədər şəhid o müharibədə və 3 minə yaxın şəhid bu müharibədə vermişik. Amma bu axırıncı müharibədə bizim müstəqil ordumuz, bizim iqtisadiyyatımız, pulumuz, imkanımız, Prezidentimiz və onun iradəsi olub. Ona görə mən bunu dedim. Bunu hələ bir il bundan öncə demişdim və 1 ay bundan öncə yazmışdım. O vaxt oxuyanlardan heç kim buna fikir vermədi. Bu videonu qəsdən belə çəkiblər ki, birinci hissə orada olmasın. Amma baxın orada (çıxış etdiyi tədbiri nəzərdə tutur-red.) neçə yüz adam oturmuşdu. Onlardan soruşun ki, necə olub və necə danışmışam”,- deyə paylaşımda bildirilib. 

Xalq yazıçısının Sumqayıtda oxucuları ilə görüşdə Birinci Qarabağ Müharibəsi haqda dediyi fikirləri müzakirələrə səbəb olmuşdu: "Birinci Qarabağ Müharibəsi deməyin! Bu müharibə olmayıb, yalandır. Ermənilər Sovet qoşunlarına pul verib, tanklarından istifadə edib bizim torpaqlarımızı alırdılar. Bizim ordumuz olmayıb”.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol