“Mən uşaqlıq dostumu, generalımı itirdim”

“Hacı Mirəziz Seyidzadənin ölümü Qafqaz Müsəlmanları İdarəsi və xüsusən mənim üçün böyük itkidir”.
AZADİNFORM xəbər verir ki, bu barədə Şeyxülislam Hacı Allahşükür Paşazadə Hacı Mirəziz Seyidzadənin hüzr mərasimində çıxışı zamanı deyib.
Bütün Qafqazın Şeyxi Hacı Mirəziz Seyidzadənin QMİ-də çox böyük və məsuliyyətli Fətva şöbəsinə rəhbərlik etdiyini bildirib: “Hacı Mirəziz savadlı din xadimi olmağı ilə bərabər, həm də ədəbi fəaliyyəti ilə tanınırdı, gözəl təbliğatçı idi. Mən uşaqlıq dostumu, işçimi, bir sözlə generalımı itirdim”.ANN.Az
























