“İdeal”ın keçmiş sahibinin vəkillərindən ETİRAZ

Bakı Ağır Cinayətlər Məhkəməsində "İdeal” mağazalar şəbəkəsinin keçmiş rəhbəri İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hakim Əli Məmmədovun sədrlik etdiyi prosesdə İ.İsmayılovun "İdeal Kompani”də direktor olduğu dövrdə onun digər ortağının nümayəndəsi olmuş Fuad Əliyevin əlavə şahid qismində dindirilməsi barədə müdafiə tərəfinin verdiyi vəsatət müzakirə edilib.
Müdafiə tərəfi vəsatətini belə əsaslandırmışdı ki, F.Əliyev "İdeal”ın idarə edilməsində digər ortağa mənfəətin çatdırılmasında birbaşa iştirak edib. İ.İsmayılov da vəsatəti dəstəkləyib.
Məhkəmə vəsatəti rədd edib.
Vəkillər buna etiraz ediblər.
Daha sonra İ.İsmayılova qarşı ittihamda "Şəhər bağları”nda mənzilin alınması üçün "İdeal Kompani” MMC-dən 280 min manat məxaric edilməsini təkzib edən və mənzilin təqsirləndirilən şəxs tərəfindən daha əvvəlki tarixdə 1 milyon manat ödənilərək alınmasını təsdiq edən razılaşmanı imzalayan şəxslərin şahid qismində dindirilməsi ilə bağlı vəsatət müzakirə edilib.
Vəsatətə təmin edilib və şahidlərin məhkəməyə dəvət ediləcəyi elan olunub.
Müdafiə tərəfi məhkəməyə etiraz edib. Onlar etirazı yazılı təqdim etmək üçün məhkəmədən vaxt istəyib.
Proses noyabrın 15-də davam edəcək.
İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























