• $
  • €
  • ₽
  • ₺
  • £

İki bacı Xocalı polisində döyülüb? - DİN-dən AÇIQLAMA

İki bacı Xocalı polisində döyülüb? - DİN-dən AÇIQLAMA
02.11.2021 16:18
Goranboyda parkda çəkiliş edən Aygün və Əfsanə Həsənova bacıları polis əməkdaşları tərəfindən zorakılığa məruz qaldıqlarını iddia edirlər.

Həmin videoda parkın baxımsız və səliqəsiz vəziyyətdə olduğu bildirilir. Daha sonra yayılan məlumatda bu halla bağlı bacılardan birinin polis şöbəsinə çağırıldığı və orada fiziki təzyiqə məruz qaldığı iddia olunub. Aygün Həsənovanın sözlərinə görə, Xocalı rayon Polis Şöbəsində ona qarşı kobud davranılıb.  O bildirib ki, hadisə zamanı eynəyi qırılıb. A. Həsənova eynəyinin Rəşad kimi təqdim etdiyi rəis müavini tərəfindən qırıldığını bildirib. Bununla bağlı səs yazısı da yayıb. Belə ki, həmin şəxsə etdiyi zəngdə ona "Sən mənə iki şillə vuranda eynəyim də qırıldı" deyib. 

DİN Mətbuat xidmətinin Gəncə Regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, Goranboy rayon Aşağı Ağcakənd qəsəbə sakini Aygün Həsənova və bacısı Əfsanə Həsənova oktyabrın 21-də qəsəbə ərazisindəki parkda çəkiliş apararaq əsassız iddialar səsləndirib və ictimai qaydanı açıq şəkildə pozublar: 
 
"Bununla bağlı Xocalı RPŞ-də müvafiq araşdırmalar başlanılıb və polis əməkdaşları həmin xanımların izahatını almaq üçün yaşadığı ünvana gəldikdə onlar qeyri-adekvat davranışlar nümayiş etdirərək polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyiblər. Onların polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı iddialar əsassızdır və böhtan xarakterlidir. Faktla bağlı hazırda RPŞ-də araşdırmalar davam etdirilir”,- deyə bildirilib. 

Sözügedən video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol