• $
  • €
  • ₽
  • ₺
  • £

AzTV Vahid Mustafayevin şirkətinin ittihamına CAVAB VERDİ

AzTV Vahid Mustafayevin şirkətinin ittihamına CAVAB VERDİ
02.11.2021 16:31
""Azərbaycan Televiziya və Radio Verilişləri” QSC olaraq bildiririk ki, Vətən müharibəsinin ildönümü ilə bağlı bütün fəaliyyətimiz və efir siyasətimiz məhz müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda qəhrəmanlığına, canından keçən şəhidlərimizin igidliyinə və qazilərimizin şərəfli döyüş yoluna həsr olunub. Bu mövzuda hər gün müxtəlif sənədli və bədii filmlər, videoçarxlar, siyasi-ideoloji verilişlər hazırlanır. Eyni zamanda, kanala kənardan da qeyd olunan mövzuda filmlər, videoçarxlar, kliplər təqdim olunur. Lakin AzTV olaraq düşünürük ki, xüsusən 44 günlük Vətən müharibəsinin ildönümündə efirə təqdim edilən hər məhsul ciddi şəkildə təhlil edilməli, zəif və bayağı məhsullar verilməməlidir. Hətta reklam olsa belə”.

Bunu "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva VMF şirkətinin AzTV-nin ünvanına səsləndirdiyi ittihamlara cavab olaraq bildirib.

"Reklam kanalların əsas maliyyə mənbələrindəndir və hər bir kanal gəlir əldə etmək üçün reklamın verilməsində maraqlıdır. Lakin VMF şirkətinin hazırladığı reklam çarxı həm zəif olduğundan, eyni zamanda multiplikasiya xarakteri daşıdığından reklamın AzTV-də efirə təqdim olunması sədr tərəfindən məqbul bilinməyib. Bir qədər dəyişiklik etmək, xüsusən də "Vətən müharibəsinin əsas şüarı olan "Qarabağ Azərbaycandır” sözlərinin qol saatları fonunda primitiv şəkildə getməməsi şərtilə Mədəniyyət və İdman TV-də verilə bilər” deyilib.

Bilirsiniz, "Qarabağ Azərbaycandır” şüarı bizim üçün adi söz birləşməsi və ya lozunq deyil. Bu, Ali Baş Komandan İlham Əliyevin dəfələrlə dilindən səslənən, şəhidlərimizin gözünü belə qırpmadan döyüşə atılarkən dediyi sözlərdir. Bu sözlər bizim üçün zəfərin özü qədər əziz və müqəddəsdir və həmin sözlər hər videonun, yaxud şəklin fonunda verilə bilməz. VMF-in hazırladığı reklam çarxına diqqətlə baxan hər kəs onun qol saatlarının fonunda verilməsinin doğru olmadığını, primitiv xarakter daşıdığını və deyildiyi kimi, sanki cizgi filmi təəssüratı yaratdığını görə bilər. Odur ki, reklam çarxı haqlı olaraq efirə buraxılmadı.

Ümumiyyətlə, AzTV olaraq hər kəsə, o cümlədən reklam şirkətlərinə məsləhət görərdik ki, xalqımızın və dövlətimizin tarixinə qızıl hərflərlə yazılmış zəfər tarixini reklam etdikləri məhsullarla uyğunlaşdırarkən diqqətli olsunlar və bu müqəddəs tarixin çəkisinə azacıq da olsa xələl gətirən heç nəyə yol verməsinlər. Buna heç kəsin haqqı yoxdur”,-AzTV-nin açıqlamasında deyilir.

VMF şirkətinin sahibi ANS Şirkətlər Qrupu prezidenti Vahid Mustafayevdir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol