ƏDV ləğv olunacaq, bəs kitab oxuyanların sayı artacaqmı? - SORĞU

Bu gün Milli Məclisdə İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsində kitab və kağız məhsullarının idxalının və satışının Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunması barədə Vergilər Məcəlləsinə dəyişiliklər edilməsi ilə bağlı müzakirələr olub.Müzakirələr zamanı kitab satışının və satışında istifadə olunan materialların ƏDV-dən azad olunması təklif edilib.
Kitabların ƏDV-dən azad olunmasına münasibət olaraq Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev bildirib ki, Azərbaycanda kitablar çoxdan ƏDV azad olunmalı idi:
"Bu qanun çoxdan qəbul olunmalı idi. İnkişaf etmiş ölkələrdə kitablar ƏDV vergisindən azaddır. Kitabların vergidən azad olunması ilə bağlı neçə ildir danışıram.Heç olmasa deputatlar bunu müzakirə ediblərsə, deməli, aralarında bunu başa düşən insanlar var”, deyə xalq yazıçısı qeyd edib.
Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü deputat Etibar Əliyev açıqlamasında kitabların vergidən azad olunmasını birbaşa kitabların satışına əhəmiyyətli təsir edəcəyini bildirdi:
"Bu dünya praktikasında da öz müsbət təsirini göstərib. Bir çox ölkələrdə kitablar vergidən azaddır. Düşünürəm ki, bu nəşriyyata yenidən nəfəs verəcək. Oxucuların sayını artıracaq və kitabların qiymətlərinə yaxşı mənada təsir edəcək”, - deyə Etibar Əliyev əlavə edib.
"Qanun” nəşriyyat evinin rəhbəri Şahbaz Xudoğlu kitablara qoyulan ƏDV vergisinin ləğv olunmasının kitabların və oxucuların sayına müsbət təsir edəcəyini düşünür:
"Uzun illərdir bu mövzu müzakirə olunur və bəzi deputatlar tərəfindən ƏDV vergisinin ləğv olunması ilə bağlı təşəbbüslər var idi. Yaxın zamanda yəqin ki, bu qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılacaq. Qanun lahiyəsinin təsdiq olunması müsbət addım olacaq. Kitabların satışına təsir edəcək. Maya dəyəri aşağı düşəcək. Nəticədə oxucuların sayı artacaq və Azərbaycan kitabı ƏDV-siz satılacaq”, - deyə Şahbaz Xudoğlu qeyd edib.
Yazıçı, jurnalist, "525-ci qəzet”in baş redaktoru , Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini Rəşad Məcid bildirdi ki, kitablar ƏDV-dən azad olunduqdan sonra oxucular kitabla maraqlanacaq və klassik ədəbiyyata xüsusi diqqət ayrılacaq:
"Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin vergi məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı keçirilən müzakirələrdə bu gün mən də iştirak etdim. Əslində bu mövzu bir neçə ildir mükakirə olunurdu. Qanun layihəsinin təsdiq olunması kitabların satışına və istehsalına çox müsbət təsir edəcək. Müasir dövrdə elektron kitablar klassik kitablarla rəqabətdədir, amma klassik kitablar hər zaman yaşamalıdır”, - deyə Yazıçılar Birliyinin sədr müavini əlavə edib.
Yazıçılar Birlinin Sədri Anar Rzayev kitabların ƏDV-dən azad olunması mövzusuna münasibət bildirməkdən imtina edərək bildirdi ki, bu barədə informasiyası yoxdur və bu səbəbdən danışmaq istəmir.
"Libraff” kitab mağazaları şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Sərxan Rüstəmov isə Milli Məclisin "Vergi Məcəlləsinə dəyişiklik” edilməsi barədə müzakirə olunan qanun layihəsini müsbət qiymətləndirdi:
"Düşünürəm ki, kitablar ƏDV vergisindən azad olunsa bu birinci kitabların satışını optimallaşdıracaq. Pandemiya dövründə mağazaların bağlı qalması, online kitab satışı da bu kitabların satışına müəyyən qədər təsir etmişdi. Artıq pandemiyadan çıxmaq mərhələsindəyik və qanun da təsdiqlənərsə bunun müsbət nəticələrini görə biləcəyik”, - deyə Libraff sözçüsü qeyd edib.
Yazıçı Kəramət Böyükçöl isə qanunun qəbul olunmasını hökümətin özünə növbəti imic yaratmaq cəhdi adlandırır.
"İnanmıram ki, bu hakimiyyət cəmiyyətin maariflənməsi üçün və kütlənin çox kitab oxuması üçün hansısa addımlar atsın. Sadəcə son günlər qiymətlərin artırılmasına don geyindirmək üçün bir səbəbdir. Mən yazdığım kitabları da özüm satıram. Buna görə heç bir vergi ödəmirəm. Ölkədə milyonlar oğurlanır. Hər halda gəlib kitab satan bir yazıçıdan vergi istəməyə utanıb xəcalət çəkirlər. Azərbaycanda kitab biznesi geniş yayılmayıb. Cəmiyyət elə bir haldadır ki, onu yalnız öz sosial durumu narahat edir. Yəni bir sözlə cəmiyyətə kitab oxumaq yox onun sosial problemini siyasiləşdirib icitimailəşdirən şəxslər daha vacibdir”, - deyə bildirib.
www.anews.az

Sosial Tədqiqatlar Mərkəzi 2021-ci ilin sentyabrında əhalinin kitab oxumaq və almaq davranışları ilə bağlı sorğu keçirib. Sorğuda iştirak edənlərin yarısı (49.8%) adətən kitab oxuduğunu bildirib. Təxminən oxşar sayda respondentin (44%) ailəsində özündən başqa kitab oxuyan ailə üzvü yaşayır. Hər 4 respondentdən birinin son bir ildə oxuyub-bitirdiyi kitab sayı 1-3 kitab aralığındadır. Respondentlərin 6.4%-i isə 10 kitabı tam oxuyub bitirib.
Kitab oxumayan 536 respondentin gətirdiyi başlıca iki səbəb kimi vaxtının (63.6%) və marağının olmamasıdır (29.6%). 5.8% şəxs maddi imkanının kitab almasına imkan vermədiyini bildirib. Vaxtının olmadığını bildirənlərin 60%-i 26-45 yaş aralığındadır. Mədəni status cəhətdən bu variant daha çox evli olanlar tərəfindən seçilib (66.4%). Tamamladığı ən yüksək təhsil səviyyəsi ali təhsil olanların 77.1%-i vaxtının olmamasını kitab oxumamağın əsas səbəblərindən biri kimi göstərib. Sosial şəbəbədən hər gün istifadə edənlərin 85.5%-i vaxtının olmamasını deyib.
18.9% ildə bir dəfə özünə kitab alır ki, bu da digər tezlik qruplarından daha yüksək göstəricidir. 11.8% 3 ayda bir dəfə, 13.1% isə 6 ayda bir dəfə özünə kitab alır. Ailə üzvünə kitab almaq tezliyi bu göstəricilərdən bir o qədər də fərqlənmir. Respondentlərin daha çox hissəsi ildə bir dəfə kitab almaqla kifayətlənir.
Qüvvədə olan Vergi Məcəlləsinə əsasən, hazırda ümumitəhsil müəssisələri, habelə peşə təhsili müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti ƏDV-dən azaddır.
Azərbaycana qonşu olan bir neçə ölkədə kitablar ƏDV vergisindən azad olunub.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib