Rövşən Məmmədovla Vahid Mustafayev qarşı-qarşıya gəldi

VMF fabrikinin istehsal etdiyi "Qələbə vaxtı” kolleksiyasının reklam çarxı şirkətlə AzTV arasında münaqişəyə səbəb olub.
O vurğulayıb ki, AzTV bu çarxı olduğu kimi yayımlamaqdan imtina edib:
Onun sözlərinə görə, Rövşən Məmmədov bildirib ki, "Qarabağ Azərbaycandır!” ifadəsini hərbçilərin səsi ilə vermək olmaz və reklam çarxından erməni işğalından azad edilən rayonların şərəfinə xüsusi olaraq buraxılmış "Qələbə kolleksiyası”ndan olan saat görüntüləri çıxarılmaldır.
"AzTV olaraq düşünürük ki, xüsusən 44 günlük Vətən müharibəsinin ildönümündə efirə təqdim edilən hər məhsul ciddi şəkildə təhlil edilməli, zəif və bayağı məhsullar verilməməlidir. Hətta reklam olsa belə.
Bir qədər dəyişiklik etmək, xüsusən də "Vətən müharibəsinin əsas şüarı olan "Qarabağ Azərbaycandır” sözlərinin qol saatları fonunda primitiv şəkildə getməməsi şərtilə Mədəniyyət və İdman TV-də verilə bilər” deyilib.
Bilirsiniz, "Qarabağ Azərbaycandır” şüarı bizim üçün adi söz birləşməsi və ya lozunq deyil. Bu, Ali Baş Komandan İlham Əliyevin dəfələrlə dilindən səslənən, şəhidlərimizin gözünü belə qırpmadan döyüşə atılarkən dediyi sözlərdir.
Bu sözlər bizim üçün zəfərin özü qədər əziz və müqəddəsdir və həmin sözlər hər videonun, yaxud şəklin fonunda verilə bilməz. VMF-in hazırladığı reklam çarxına diqqətlə baxan hər kəs onun qol saatlarının fonunda verilməsinin doğru olmadığını, primitiv xarakter daşıdığını və deyildiyi kimi, sanki cizgi filmi təəssüratı yaratdığını görə bilər. Odur ki, reklam çarxı haqlı olaraq efirə buraxılmadı”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























